21.04.2015 / 00:51 xeber –
ABŞ-a məxsus iki hərbi qəmi Yəmən sahillərinə göndərilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yüksək rütbəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, gəmilər şiə üsyançılarına (husilər) İran tərəfindən mümkün silah ötürülməsinin qarşını almalıdırlar.
Qeyd edək ki, ABŞ İranı husilərə dəstək verməkdə ittiham edir.
Mənbə : Lent.az