xeber –
“Rossiya-24” telekanalı hazırkı və iki keçmiş dünya çempionunun iştirak etdiyi Shamkir Chess 2015 superturniri haqqında süjet hazırlayıb.
“Synergy Group”un təşkilatçılığı ilə keçirilən yarış Vüqar Həşimovun xatirəsinə həsr edilib.
Ötən il olduğu kimi, bu il də canlı izlənən “Shamkir Chess-2015” üç dildə yayımlanır.
Dünyanın ən güclü şahmatçılarından olan Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik, Fabiano Karuana, Aniş Giri, Uesli Sou, Maksim Vaşi-Lagrav, o cümlədən azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov Şəmkir turnirində qalib adi uğrunda mübarizə aparırlar.
Mənbə : Anspress.com