xeber –
Pakistan və Çin iqtisadiyyatlarını birləşdirmək məqsədilə dəyəri 46 milyard dollar olan enerji və infrastruktur layihələrinin icrasına başlayır. Bu məqsədlə Pakistanın baş naziri Navaz Şərif və Çin prezidenti Xi Jinpinq İslamabadda Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) tikintisi barədə sazişlər imzalayıblar.
ANS PRESS-in məlumatına görə, N.Şərif deyib ki, dəhliz Pakistanda bütün əyalətlərinə və sahələrə fayda verəcək, ölkəmizi regional mərkəzə çevirəcək. Bu dəhliz Çinə imkan verəcək ki, Cənubi, Mərkəzi və Qərbi Asiya, Yaxın Şərq və Afrika ilə ticarət və investisiya üçün daha qısa və ucuz marşrut yaratsın.
Çinin dövlət başçısı isə bildirib ki, dəhliz qonşu ölkələr arasında hərtərəfli strateji əməkdaşlığı təmin edəcək.
Xatırladaq ki, dəhliz Pakistanın Qvadar limanı ilə Çinin qərbindəki Sincan vilayətini birləşdirəcək.
Mənbə : Anspress.com