21.04.2015 / 10:33 xeber –
AŞPA sessiyasında “Azad müzakirələr” zamanı Ermənistan nümayəndə heyəti Azərbaycan və Türkiyə əleyhinə qərəzli, yalan və böhtanlarla dolu çıxışlar ediblər. Lent.az-ın məlumatına görə, AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Assambleyada Ermənistan heyətinə sərt cavab verib. O bildirib ki, işğalçı, Xocalı soyqırımını törədən bir ölkənin təmsilçisinin Assambleyada çıxış etmək haqqı yoxdur: “Azərbaycanın 20 faiz torpaqlarını işğal edən və bu gün də işğal altında saxlayan bir ölkənin təmsilçilərinin bu Assambleyada hər hansı bir ölkəni tənqid etmək haqqı yoxdu. . Yaxşı olardı ki, Ermənistanın təmsilçiləri yalan, qərəz dolu məlumatlarla bütün çıxışlarını Türkiyə və Azərbaycana həsr etməkdənsə, öz ölkələrindəki vəziyyətindən danışaydılar. 1 milyon azərbaycanlını öz evindən qaçqın və məcburi köçkün salan, bu gün də onların öz evlərinə dönməsinə imkan verməyən bir ölkənin millət vəkillərinin Avropa Şurası Assambleyasında insan haqlarından danışmaq haqqı yoxdur. Biz AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırırıq. Biz Avropa Parlamentinin son qərarına da etirazımızı bildiririk”.
Mənbə : Lent.az