xeber –
Bakı şəhəri 8 nömrəli tam orta məktəbdə “Əməklə biz seçilək–xeyirxah işlər görək!” devizi altında “Əmək yarmarkası” keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, V-VIII sinif şagirdləri öz hazırladıqları qida məhsullarını yarmarkaya çıxarıblar.
“Kiçik iş adamları” yarmarkada qida məhsullarının faydası haqqında məlumat verməklə yanaşı, onların satışını da təşkil edib. Toplanan pul vəsaitinin uşaq evinə xərclənəcəyi nəzərdə tutulub.
Qeyd edək ki, növbəti həftə hədiyyələrin alışı və “Xeyriyyəçi iş adamları”nın uşaq evinə ziyarəti planlaşdırılıb.
Mənbə : Anspress.com