xeber –
Yaponiyanın Abaşiri şəhərindəki həbsxananın köhnə binası muzeyə çevrilib. ANS PRESS-in məlumatına görə, həbsxananın yanında yerləşən “Abashiri Prison Stout” adlı kafedə müştərilərə həbsxana yeməyi təklif edilir.
Həbsxana muzeydə XIX əsrin əvvəllərindən bu günə qədər məhbusların hansı şərtlərlə saxlanıldığı nümayiş edilir. Bunu tam hiss etdirmək üçün həbsxananın yanındakı kafedə Yaponiyada məhbusların menyusuna daxil olan standart yeməkləri dadmaq olar.
Müştərilər bu kafedəki yeməklərdən məmnunluqlarını bildirirlər. Onlar həbsxana menyusunun sadə, lakin çox dadlı olduğunu qeyd edirlər.
Menyuda bir neçə balıq növü, marinada qoyulmuş tərəvəzlər, arpalı düyü və əriştənin müxtəlif növləri yer alıb. Yeməklər böyük və heç bir bəzəyi olmayan çox sadə məcməyidə gətirilir.
Kafedə adi həbsxanaların menyusunda olmayan ərzaq da var. Bu karri 9yaponlara xas içki) və pivədir. Qara rəngli pivəni yerli məhbuslar xüsusi olaraq həbsxana muzey üçün hazırlayırlar.
Mənbə : Anspress.com