21.04.2015 / 11:54 xeber –
Bakıda avtoxuliqanlıq edən daha bir nəfər cəzalandırılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Pirallahl RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, aprelin 17-də saat 15:40 radələrində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyoldaş Kamil oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində toplanmış material Xəzər rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən Ə.Əliyevə İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 30 gün inzibati həbs verilib.
Mənbə : Lent.az