xeber –
Bakıda 1-ci qrup əlil arvadını odlu silahla qətlə yetirib.
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə bildirib ki, hadisə aprelin 20-də saat 10 radələrində M.Ə.Rəsulzadə qəsəbəsi H.Məmmədquluzadə küçəsində qeydə alınıb.
Ailə məişət zəminində yaranmış mübahisə nəticəsində I qrup əlil, 1949-cu il təvəllüdlü İsgəndər Abbas oğlu Məmmədov “Toz-34” markalı 12 çaplı qoşa lülə ov tüfəngindən atəş açaraq arvadı Heyran Məmmədovanı qətlə yetirib.
Məlumat daxil olan kimi Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşları əməliyyat keçirib. Əməliyyat nəticəsində İsgəndər Məmmədov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə : Anspress.com