21.04.2015 / 13:43 xeber –
Fərqli layihələrə imza atan Xumar Qədimova növbəti işini yekunlaşdırmaq üzrədir. Lent.az-ın məlumatına görə, sənətçi "Əl-ələ tut gedək" adlı mahnı hazırlayıb.
Kompozisiyanın sözləri şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevaya, musiqisi X.Qədimovanın özünə məxsusdur. X.Qədimovanı Əvəz Muradovun rəhbərliyi altında fəaliyyət göstərən orkestr müşayiət edib.
Əsərdə xalq artistləri Alim Qasımov, Nurəddin Mehdixanlı, ifaçı Novruz Savalan da yer alıb. İnstrumental ifa isə Hikmət Aslanova aiddir. Kompozisiyaya qısametrajlı film hazırlanıb.
X.Qədimova vəd etdiyi layihənin nəhayət işıq üzü görəcəyini açıqlayıb: "Möhtəşəm bir əsər gəlir. Bu işin ərsəyə gəlməsi üçün böyük komanda çalışıb. Ekran işində obrazlarımdan biri Dərvişdir. Hamı hazır olsun. Demək olar ki, indiyədək bu cür layihəyə rast gəlinməyib. Yaxın günlərdə təqdim edəcəyəm".
Mənbə : Lent.az