21.04.2015 / 14:04 xeber –
Fransa prezidenti Fransua Oland Azərbaycana aprelin 25-də səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə Yelisey sarayının rəsmi saytında məlumat yer alıb.
Səfərdən bir gün əvvəl, aprelin 24-də isə Fransa prezidenti Ermənistanın paytaxtı Yerevanda keçiriləcək qondarma “erməni soyqırımı”nın 100 illiyi tədbirinə qatılacaq.
***
12:30
Fransa prezidenti Fransua Oland bir neçә gündən sonra Azәrbaycana sәfәr edәcәk.
APA-nın mәlumatına görә, bunu Fransanın Azәrbaycandakı sәfiri Paskal Monye 134 saylı mәktәbdә “Fransa günü” ilә bağlı keçirilən tәdbirdә deyib.
Səfir Fransa prezidentinin 2013-cü ildә Azәrbaycana sәfәr etdiyini vә daha sonra iki ölkә prezidentlәrinin üç dәfә görüşdüklərini xatırladıb.
Qeyd edək ki, F. Olland aprelin 24-dә Ermәnistanda uydurma “ermәni soyqırımı” ilә bağlı tәdbirә qatılacaq.
Mənbə : Lent.az