xeber –
Serbiya prezidenti Tomislav Nikoliç təyyarəsində texniki problemin baş vermə səbəbi məlum olub.
ANS PRESS-in məlumatına görə, prezidentin səfəri zamanı köməkçi pilot ehtiyyatsızlıq edib. Belə ki, köməkçi pilot kabinədəki nəzarət panelinə səhvən qəhvə töküb.
Daha sonra bunu təmizləməyə çalışan pilot səhvən “təcili vəziyyət” düyməsinə toxunub. Nəticədə təyyarənin mühərrikləri qısa müddətdə dayanıb və təyyarə sürətlə aşağı düşməyə başlayıb.
Təyyarədə olan sərnişinlər bu hadisədən xeyli qorxublar. Kapitan pilot daha sonra vəziyyətə hakim olub və təyyarəni Belqrada endirib. Vatikana səfəri yarımçıq qalan Nikoliç məcburi olaraq ölkəsinə qayıdıb.
Xatırladaq ki, 3 gün öncə Serbiya prezidenti Tomislav Nikoliçin təyyarəsində texniki problem baş vermişdi. Prezident təyyarəsi havada olarkən mühərriklərdən biri dayanmış və ekipaj üzvü hava gəmisini yerə endirməyə məcbur olmuşdu. Nəticədə Serbiya prezidenti İtaliyaya səfərini təxirə salmağa məcbur olmuşdu. Prezidentin məsləhətçisi Stanislava Pak Stankoviç bildirib ki, dövlət başçısı tezliklə Vatikana yeni səfərin vaxtını açıqlayacaq.
Mənbə : Anspress.com