xeber –
Sabiq İraq prezidenti Səddam Hüseynin sağ əli öldürülüb.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın başına 10 milyon dollar mükafat qoyduğu İzzət İbrahim Əl Duri qarşıdurma zamanı həlak olub. El Duri vida mərasiminə şüşə tabutda gətirilib. İŞİD-in beyni olaraq göstərilən El Duri terror təşkilatının pərdə arxasındakı idarəçisi olaraq qəbul edilirdi.
73 yaşlı Əl Duri Səddam Hüseynə ən yaxın adam olub. O, 2003-cü ildəki ABŞ işğalına qədər İraq İnqilab Komandir Şurasının sədr müavini olaraq çalışıb. Durinin ötən həftə bir qarşıdurma əsnasında öldürüldüyü irəli sürülmşüdü. Bu iddia daha sonra Durinin tərəfdarları tərəfindən yalanlanmışdı.
Ancaq sonradan aparılan araşdırmalar sözügedən meyitin Duriyə aid olduğunu təsdiq edib. Durinin cənazəsi İraq Səhiyyə Nazirliyi səlahiyyətlilərinə təslim edilib. Təslim əsnasında olduqca böyük izdiham yaşanıb. Durinin dəfn mərasimi paytaxt Bağdadın Cadiriyye bölgəsində sıx təhlükəsizlik tədbirləri altında keçirilib.
Mənbə : Anspress.com