xeber –
Türkiyəli məşhurlar bundan sonra azərbaycanlı şairə Leyli İsrafilova-Erolun sözlərinə yazılmış mahnıları oxuyacaq.
ANS PRESS-in məlumatına görə, Hakan və Leyli Erol cütlüyünün hitlərini artıq qardaş ölkədən eşidəcəyik. Cütlük Türkiyənin məşhur “DMC music” şirkətinin rəhbəri Samur Demirlə görüşüblər.
Görüşün nəticəsində əldə edilən razılaşmaya görə, cütlüyün birlikdə yazdıqları musiqi parçaları musiqi şirkətinin məhsulu olaraq türk sənətçilərinə təqdim ediləcək.
Qeyd edək ki, xalq artisti Aygün Kazımova keçən il “DMC music” şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə Kazımova şirkətin rəhbəri olan Samur Demirin razılığı olmadan hər hansı yaradıcı addım ata bilməz.
Mənbə : Anspress.com