xeber –
Rusiya hərbi prokurorluğunun əməkdaşı Moskva yol-nəqliyyat hadisəsi törədib.
ANS PRESS-in məlumatına görə, ekspertiza 42 yaşlı prokuror Oksana Zişikin içkili olduğunu müəyyən edib.
Müşahidə kameralarına düşən görüntülərdə qadının idarə etdiyi qara “Mazda”nın bir neçə avtomobili vurduğu və sonda ağ VAZ-2101-lə toqquşub dayandığı görünür. Bir neçə nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Yaxın vaxtlarda məhkəmə prokurorluğun əməkdaşının sürücü hüquqlarından məhrum edilməsi haqqında qərar qəbul edəcək. Ehtimal edilir ki, Zişik öz vəzifəsindən də məhrum olacaq. Hələ ki, onun barəsində xidməti yoxlama keçirilir.
Mənbə : Anspress.com