xeber –
Azərbaycan Kubokunun yarımfinal mərhələsinə yekun vurulub.
ANS PRESS-in məlumatına görə, baş tutacaq iki matçdan sonra finalçılar müəyyənləşib.
Günün ilk oyununda “Simurq” “Qarabağ”ı qəbul edib. İlk oyunda 1:0 hesablı qələbə qazanan “Qarabağ” səfər matçında istədiyi nəticəyə imza atıb. Belə ki, oyun 0:0 hesabı ilə başa çatıb və “Qarabağ” finala çıxıb.
Mərhələnin son oyununda “İnter” “Neftçi”ni qəbul edib. İlk oyunda 2:0 hesablı qələbə qazanan “Neftçi” rəqib meydanında uduzsa da, finala vəsiqə əldə edib – 1:2. Hesabı 27-ci dəqiqədə Nikolas Kanales açıb. 10 dəqiqə sonra Arif Daşdəmirov bərabərliyi təmin edib. 56-cı dəqiqədə Baçana Tsxadadze “İnter”in qələbə qolunu vurub.
Azərbaycan Kuboku
Yarımfinal
Cavab oyunları
21 aprel
Simurq – Qarabağ 0:0
İnter – Neftçi 2:1
Qol: Arif Daşdəmirov, 37. Baçana Tsxadadze, 56 – Nikolas Kanales, 27.
Mənbə : Anspress.com