xeber –
“Mançester Yunayted”in gənc ulduzu David de Xea yenidən Madridə qayıda bilər.
ANS PRESS-in məlumatına görə, İspaniya yığmasının qapıçısı “Real”ın hədəfinə düşüb.
De Xeanın yaхınlarının iddiasına görə, qolkiper yayda “Mançester Yunayted”dən ayrılacaq. Bundan sonra isə o, “Real”la müqavilə imzalayacaq. De Xea bir müddət əvvəl “Mançester Yunayted”in həftəlik 140 min funt-sterlinqlik yeni müqavilə təklifini rədd etmişdi. İngilislər onun transferi üçün Madrid klubundan 50 milyon funt-sterlinq istəyəcək.
Qeyd edək ki, David De Gea 2011-ci ildə “Atletiko”dan “Mançester Yunayted”ə transfer olunmuşdu.
Mənbə : Anspress.com