xeber –
Türkiyənin Bodrum şəhərində gənc bir qadına təcavüz edərək qaçan şəxs yaxalanıb.
ANS PRESS-in məlumatına görə, şübhəli şəxs həbs olunub. M.G Yeniköy Məhəlləsi ətrafında yoga təlimatçısı olan D.T yoldaşını təqib etməyə başlayıb. Təqib edildiyini duyan qadınlar sıxlıq olan Çarşı məhəlləsinə girərək yoluna davam ediblər.
Qadınların ara küçəyə girməsini fürsət bilən M.G gənc qadınlardan D.T-yə qarşı fiziki təcavüz etdikdə D.T qışqıraraq kömək istəyib.
D.T qaçmağa başlayandan təxminən 50 metr sonra küçədə bir biznesmen tərəfindən yaxalanıb. Polis gələnədək zorakını biznesmen bir an olsun boş buraxmayıb.
M.G. biznesmenə bir şey etmədiyini söyləsə də biznesmen polislər gələnə qədər onu tutmağa davam edib. Hadisə yerinə gələn polis M.G və zərər çəkmiş qadınların ifadələrini almaq üçün bölməyə aparıb.
Həbsxanaya göndərilməzdən əvvəl sağlamlıq idarəsi üçün Bodrum Dövlət Xəstəxanasına aparılan M.G Xəstəxana çıxışında jurnalistlərə bunları deyib: “Peşmanam, Şeytana uydum”.
Mənbə : Anspress.com