xeber –
Gürcütsanın sabiq prezidenti, Ukrayna prezidentinin müşaviri Mixail Saakaşvili Donbass-a səfər edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna mətbuatı yazır.
Xəbərə görə, Saakaşvili silah səslərinin tez-tez eşdildiyi zonaya baş çəkə bilməyib. Belə ki, minomyotlardan və snayperlədən atəş açıldığına görə, Saakaşvili cəbhə xəttinə yaxınlaşa bilməyib.
Lakin sabiq prezident Ukrayna əsgərləri ilə görüşə bilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Ukraynadakı səfirliyinin attaşesinin nümayəndələri Donbassda hərbi əməliyyatlıarın getdiyi zonaya baş çəkmişdilər. Onlar burada Ukrayna əsgərləri ilə görüşmüşdülər.
Mənbə : Anspress.com