xeber –
Qalmaqallı çıxışları ilə yadda qalamn ingilis jurnalist bu dəfə də “ənənəsi”nə sadiq qalıb.
ANS PRESS-in məlumatına görə, ingilis jurnalist Keti Hopkins ötən günlərdə Aralıq dənizində batan 900 nəfər qaçaq immiqrantla bağlı səs-küy yaradacaq şərh verib.
“The Sun” qəzetində o, batan gəmilərdə dünyalarını dəyişən qaçaq immmiqrantları tarakana bənzədib və “İmmiqrantları xilas etmək? O tarakanları hərbi təyyarələrlə dayandırmaq istəyirəm” başlıqlı yazı dərc edib.
İrqçi düşüncəsi ilə dünyada tanınan ingilis jurnalist yazısında bu sözlərə yer verib: “Vecimə də deyil; suda üzən cəsədlər, tabut şəkillərini, zəif insanları göstərsəniz də vecimə deyil.”
Qeyd edək ki, jurnalistin “The Sun” qəzetindən çıxarılması üçün internetdə imza kampaniyasına start verilib. Bundan başqa, onu məhkəməyə verənlər də olub.
Mənbə : Anspress.com