xeber –
Sumqayıtdakı məhəllələrdən birində iki qonşu yol üstündə üz-üzə gəlib. Onlar bir-birini fiziki zor tədbiq etməkdə, oğurluqda ittiham edir. Hələ maraqlarında olan ərazini sanitar qovşağa çevirməkdə də ittihamlar var.
ANS TV-nin məlumatına görə, Sumqayıt şəhəri, “Xəzər bağları” maasivində, Xətai küçəsi ünvanında yerləşən iki fərdi yaşayış evinin sahibi bir-birilə demək olar ki, dolanmır. Bizə müraciət edən Əlihüseyn Qarayev deyir ki, qonşusu Saday Qarayev ona gün verib, işıq vermir. 3 ildir ki, qonşuluqda yaşayan həmyerlisi ona məxsus daş hasarı söküb. Üstəgəl mişar daşlarını da oğurlayıb.
Onun sözlərinə görə, qonşu onun həyətyanı sahəsini zəbt edir. Məqsədi də özü üçün avtomobil yolu açmaqdır. Problemlə bağlı müsahibim dəfələrlə aidiyyatı qurumlara da müraciət edib.
“Hazırda mənə məxsus 3 sot torpaq sahəsinin 18 faizini Saday Qarayev mənimsiyib. Daş hasarımı söküb, yenidən çəkir. Dəfələrlə Saday Qarayevlə məslə ilə bağlı söhbət etmişik, cabvabında Saday bildirb ki, istədiyin yerə get de, indi hər şeyi pull həll edir vəssalam”, – deyə şikayətç Əlihüseyn Qarayev bildirib.
Sonra müsahibimlə birgə qonşuluqa yerləşən mənzilə üz tutduq. Əvvlcə bizi ev sahibinin oğlu qarşıladı və bildirdi ki, artıq iş məhkəmədədir. Yaxşı olar ki, biz onların həyətyanı sahəsini tərk edək. Amma sonra o, nədənsə, bizdən ev sahibi Saday bəylə əlaqə qrumağımızı xahiş etdi. Biz də əlaqə yaratdıq.
Saday Qarayev bildiri ki, onun oğlu məhz Əlihüseyn tərəfindən döyülüb. Qaldı ki, hasarın sökülməsinə, o bununla bağlı məhkəməyə müraciət edilib. Məqsəd də birdir, Avtomobil yolu salmaq.
“Avtomobil yolu dəqiqləşəndən sonra yerdə nə qədər torpaq sahəsi qalaçağı məlum olacaqdır. Əlihüseyn Qarayev bütün bunları çox gözəl bilir. Bu hərəkətlərinə görə onu iki dəfə polisə vermişəm. Nəticədə polis ona xəbərdarlıq edib. Amma buna baxmayaraq daş hasarı sökür”, – deyə qonşu Saday Qarayev qeyd edib.
Saday Qarayevin oğlu da fikrini bildirdi. Onun sözlərinə görə, burda hasarın çəkilmə səbəbi var. Yəni qonşu Əlihüseyn evin arxasını özü üçün sanitar qovşaq seçib. Bununla razılaşmayan tərəflər arasında mübahisə düşdü.
Görünür bu mübahisə, hələ çox davam edəcək. Hələliksə qalır iki gündən sonra məhkəmənin verəcəyi qərarı gözləmək.
Bax o zaman çıxarılan qərar kimin haqlı, kimin haqsız olduğunu üzə çıxaracaq.
Mənbə : Anspress.com