xeber –
Yəmən prezidenti yeni açıqlama yayıb.
ANS PRESS-in məlumatına görə, Yəmən prezidenti Abd Rabbo Mənsur Hadi dövlət televiziyası vasitəsilə ölkəsinə qayıdışı barədə xəbər verib. Bu barədə “Reuters” xəbər yayır.
Bildirilir ki, o ölkəyə öz tərəfdarları ilə birgə qayıdır. Mənsur Hadi televiziyada çıxışı zamanı Yəməni dirçəldəcəyinə söz verib.
Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının başçılığı ilə qurulan koalissiya hərbi əməliyyatları Yəmən prezidetinin xahişi ilə dayandırılıb. Mənsur Hadinin ölkədə yaşanan gərginlik müddətində isə Səudiyyə Ərəbistanında olduğu vurğulanırdı.
Mənbə : Anspress.com