xeber –
Ağdamdan məcburi köçkün olan keçmiş döyüşçünün ailəsi çətin şəraitdə yaşayır.
ANS TV-nin məlumatına görə, Fuad Haqverdiyev əslən Ağdamın Salahlı kəndindəndir. 1990-cı ildən polis alayının şəxsi heyətində, cəbhənin müxtəlif istiqamətərində xidmət edib. Ağdamın işğalından sonra ailəsiylə birlikdə köçkün həyatı yaşayan keçmiş döyüşçü səhətində olan problemlər görə polis sıralarından tərxis olunub.
Onurğa sümüyündə dözülməz ağrılar başlayan Fuad Haqverdiyev bir müddət sonra yeriyə bilməyib. O vaxtan əlil arabasında oturmağa məhkum olan iki uşaq atası, övladlarının onu heç vaxt ayaqüstə görmədiyini deyir:
“Müharibə vaxtından var idi. Boynumun arxasından tuturdu, amma ötəri bir həftə tuturdu keçib gedirdi. Amma 2001-ci ildə isə artıq ayağım getmədi, sağ ayağımı ata bilmədim. Məcbur oldum öz ərizəmlə pensiyaya çıxdım”.
Müalicəsi üçün 40 min manat vəsait lazım olduğunu deyən Fuad Haqverdiyev ailəsilə birgə Bərdədə vaxtiylə yük maşınları üçün nəzərdə tutulmuş qarajın uçuq-sökük binasında məskunlaşıb. Hər ay onun dərmanlara 200-250 manat pul xərcləyən ailənin aylıq gəiri isə Fuad Haqverdiyevin dövətdən aldığı təqaüd də daxil olmaqla 500 manatdan ibarətdir.
İndi keçmiş döyüşçünün arzusu 15 ilə yaxındır onun əzab-əziyyətini çəkən anası, həyat yoldaşı və övladlarının bu nimdaş daxmadan xilas olub normal şəraiti olan mənzildə yaşadıqlarını görməkdir.
Binanın beton tavanı sıradan çıxdığından yağan yağış suları yaşadığı daxmanın içərisinə dolur. Maddi imkansızlıqdan tavanı müşənbə ilə əvəzləmək məcburiyyətində qalan ailə dəfələrlə lazımi qurumlara müraciət etsələr də, onlara hər dəfə gözləmələri məsləhət görülüb.
“Evin üstü beton olmasın baxmayaraq damır. Əvvələr betonun üstündə tol var idi. Günün birində külək tolu atdı. İndi evə su tökülür. Bir dəfə gəlib maraqlanan yoxdur, gəlib köçürdəcəyik sizi. Neçə vaxtdır köç olub, amma yalandan vəd verirlər heç nə də yoxdu” – deyə şikayətçi Fuad Haqverdiyev bildirib.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli nümayəndəliyindən bildirdilər ki, hazırda Bərdə rayonu ərazisində 9 500 çox məcburi köçkün ailəsi ev növbəsindədir. Bütün ailələrin mənzil istəyi başa düşüləndir. Ancaq eyni vaxta bu qədər insanı mənzillə təmin etmək mükün deyil.
Rayon ərazisində yeni salınan 588 mənzildən ibarət qəsəbədə təhsil müəssiələrində və uşaq baxçalarında məskunlaşan ailələrin evlə təmin edilməsi nəzərdə tutulub.
Amma gələcəkdə bütün məcburi köçkünlər kimi Haqverdiyevlər ailəsi də mənzillə təmin ediləcək.
Mənbə : Anspress.com