22.04.2015 / 11:06 xeber –
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Sevil massivində vətəndaşlara vurulmuş ziyanla bağlı açıqlama verib.
Lent.az-ın məlumatına görə, 2015-ci ilin ilk rübünün yekunlarına dair keçirdiyi mətbuat konfransında K. Əliyev bildirib ki, bu məsələ ilə bağlı cinayət işi ilə əlaqədar 3 nəfər rəhbər şəxs həbsdədir, eyni zamanda Hökməli bələdiyyəsinin sədri məsuliyyətə cəlb olunub: “Əvvəlcə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi, daha sonra isə həmin şəxsin səhhətindəki problemlə bağlı qərar dəyişdirildi. Ümumilikdə 5 nəfər məsuliyyətə cəlb edilib və cinayət işinin istintaqı yekunlaşmaq üzrədir. Sevil massivindən mülk alan 1139 nəfərə dəymiş ziyan artıq ödətdirilib”.
Mənbə : Lent.az