Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
25/02/2017

Bu sabah mesaji yox, qara xeberi geldi

Bu sabah mesajı yox, qara xəbəri gəldi


Dağlar dağımdı mənim,
Qəm oylağımdı mənim,
Dindirmə qan ağlaram,
Yaman çağımdı mənim…
Bir şəhid həyatı danışacağam sizə. Doyunca ata qayğısı görməyən, ana nəfəsi hiss etməyən, dünyadan nakam köçən bir şəhidin həyatını.
Rəşadı demək olar ki, xalası-dayısı böyüdüb, bütün qayğılarını onlar çəkib. Bu gün də ardınca onlar ağlayır…
Şəhid Cəfərzadə Rəşad Əliyar oğlu 1994-cü il oktyabrın 14-də Bakıda anadan olub…
Rəşadın elə  uşaqlıqdan bəxti gətirməyib. O, birinci sinfə gedəndə, atası ağır xəstəliyə tutulub. Skleroz xəstəliyinə tutulandan sonra bədəni hissə-hissə sıradan çıxıb. Qohum- əqraba təklif edib ki, xəstəni rayonlarına göndərsinlər, ata-anası, yaxınları baxsın. Amma Rəşadın anası bununla razılaşmayıb, xəstə yoldaşına özü baxıb.
“Rəşad mənim həyatımın bölünməz bir hissə idi. Mən ölənə qədər də bu belə olacaq” — deyən Mahirə xanım, şəhid Cəfərzadə Rəşadın xalasıdır.
Mahirə xanım Sputnik Azərbaycan-a şəhidin dünyaya gəlişini belə anladıb: “Rəşad bacımın oğlu idi. Bacımın ailəsi qaçqın olub. 1993-ci ildə Ağdam işğal olunanda, bacım ailə həyatı qurub. O,ailəsi ilə cəbhəətrafı zonada yaşayırdı. Sonra atam onu yanımıza gətirdi. Yoldaşı ilə atamın ayırdığı bir otaqda yaşayırdı. Rəşad bizim evdə dünyaya gəlib. O qədər sevinmişdik ki…”
Rəşad birinci sinifdə oxuyanda atası ağır xəstələnir. Elə həmin gündən  ailənin sevinci-nəşəsi yoxa çıxır. “Bacım yoldaşını sevirdi. Hər qadın xəstə adama illərlə baxmaz. Amma bacım yoldaşına 8 il baxdı. Sonra bacım özü də xəstələndi. Süd vəzində xərçəng yaranmışdı. Bu uşaqların günü elə belə keçdi. Onlar uşaqlıq, valideyn qayğısı görmədilər. Əvvəlcə ata, sonra ana xəstə oldu.”
“Könüllü keçmişəm, kəşfiyyat uşaqları hörmətli olur”
Rəşadı doğulan gündən öz balası kimi istəyini deyən Mahirə xanım danışır ki, Rəşadın valideyinləri  xəstə olduğu üçün hər zaman qəlbində bir nisgil, gözlərində bir kədər var idi: “Rəşad çox mehriban, istiqanlı uşaq idi. Bir bacı, bir qardaş idilər. Rəşad bacısından daha istiqanlı idi”.
Rəşad 2009-cu ildə atasını, 2012-ci ildə isə anasını itirir. Rəşadın anası 2005-ci ildən süd vəzi xərçənginə tutulubmuş. Əməliyyat keçirən qadın 2009-cu ilə qədər özünü yaxşı hiss etsə də, 2009-cu ildən xərçəng sümüklərinə yayılmağa başlayıb. Müəyyən zamanlarda müalicələr alan qadın 2012-ci il yanvarın 20-də dünyasını dəyişib.
Mahirə xanımın sözlərinə görə, əvvəlcə atasını, sonra anasını itirmək  Rəşada pis təsir edir. O, uzun müddət özünü toparlaya bilmir: ” Mən nə Allah deyiləm, nə də ki, həkim. Amma nə vaxt bacımın vəziyyəti ağırlaşırdısa, Rəşad zəng edirdi ki, “xala gəl, anam pisdir”. Onlar mənə belə öyrəşmişdilər. Mən əlimdən gələni edirdim ki, bacım yaşasın və uşaqlar heç olmasa ataları olmasa da, ana nəfəsi hiss etsinlər. Anası rəhmətə gedəndən sonra Rəşadla bacısı bizimlə yaşamağa başladılar. Ürəkləri harada istəyirdisə, orda qalırdılar”.
Yetkinlik çağları anasının xəstə vaxtlarına təsadüf etdiyi üçün Rəşad ali təhsil ala bilmir. Lakin hərbi xidmətə də bir qədər gec gedir: “Bacısı ailə həyatı qurduqdan 3 ay sonra Rəşad hərbi xidmətə getdi. 2014-ci il oktyabrın 23-də biz Rəşadı hərbi xidmətə yola saldıq. Oktyabrın 14-ü doğum günü idi. Danışıb razılaşdıq ki, əsgər getdiyi günlə ad gününü biryerdə keçirək. Biz hər zaman fikirləşirdik ki, Rəşad əsgər gedəcək, onu incidəcəklər. Çünki kövrək uşaq idi. Amma elə olmadı. Əvvəlcə Gəncəyə düşmüşdü, 3 ay sonra Tərtərə göndərdilər. Biz hərbi hissəyə onunla görüşə gedib ad-soyadını deyəndə, dedilər ki, o, kəşfiyyatdadır. Doğrusu, mən qorxdum. Kəşfiyyat ordunun ürəyidir. Ondan soruşanda ki, niyə məhz kəşfiyyat, dedi “könüllü keçmişəm, kəşfiyyat uşaqları hörmətli olur”. Biz hər zaman Rəşadın yanına gedirdik ki, gözü yolda qalmasın”.
“Elə bil ürəyinə dammışdı ki, bizi bir daha görməyəcək”
Sonuncu dəfə Mahirə xanım 2015-cı il oktyabrında 17- də görür Rəşadı. Rəşad şirniyyat sevən olmasa da, xalasının bişirdiyi tortu sevirmiş. Mahirə xanım da Rəşadın ad gününə tort bişirib aparıb: “Sonuncu dəfə dekabrın 12-də danışdıq. Elə bil bir az bikef idi. Dayılarıyla, bibiləriylə danışdı. Neçə dəfə soruşdum ki, “nəsə olub”, dedi “yox”. Yadıma gəlir, sonuncu dəfə Rəşadın yanından qayıdanda elə baxırdı ki, sanki bizi bir daha görməyəcəkdi. Hərbi hissədə olanda mənə bir qol saatı verdi. Dedi ki, düşmənin iki əsgərini öldürdüyünə görə veriblər. Əlaqəmiz vardı, ara-sıra danışırdıq”.
Xalası Rəşad üçün qız da seçibmiş. Amma gözləyirmiş ki, Rəşad hərbi xidmətini bitirəndən sonra onu evləndirsin.
Rəşad 2015-ci il dekabrın 16-da Ağdam uğrunda gedən döyüşlərdə şəhid olur: ” Kəşfiyyat bölümünün atəş tağımında olduğu üçün Rəşad öndə gedirmiş. Geri qayıdanda Rəşad qəlpə yarası alır. Əsgər dostu Heydərov Rəşadı çiyninə alıb, döyüş bölgəsindən çıxarır. Həmin vaxt dostu Rəşadın yaralı olduğunu bilmirmiş. Döyüş bölgəsindən çıxarılandan sonra görürlər ki, Rəşad çox qan itirib. Qəlpə Rəşadın bütün kürəyini yaralayıb, sol ayağının şah damarını kəsibmiş. Rəşad çox qan itirdiyi üçün dünyasını dəyişir”.
Hər səhər yazılan mesaj: “Necəsən ürəyim?”
Mahirə xanım danışdıqca göz yaşlarını saxlaya bilmir, hönkür-hönkür ağlayırdı. Deyirdi ki, Rəşad hər səhər yuxudan duranda ona mesaj yazırmış. Dekabrın 17-də Rəşaddan mesaj gəlmir. Mahirə xanımın ürəyinə damır ki, Rəşada nəsə olub: “Rəşad öz oğlum olsaydı, məni belə yandırmazdı. O, bacımın yadigarı idi, qoruya bilmədim. Səhər işdə idim. Zəng elədim, zəng çatmadı. Baxdım whatshappdan silinib, facebook səhifəsinə baxdım. Gördüm əsgər dostu bunun adının qarşısına gözyaşı işarəsi qoyub. Fikirləşdim ki, yəqin telefonu əlindən alınıb, uşaqlar bununla zarafatlaşır. Yoldaşım zəng elədi, dedi “hardasan”, dedim “işdə”. Dedi mən də şəhərdəyəm. 15 dəqiqə sonra yoldaşım ağlaya-ağlaya içəri girdi. O vaxtlar böyük qardaşım ağır xəstə idi. Biz ona ata kimi baxırdıq. Gördüm o da gəldi içəri, yumağa dönmüşdü.  Dedim “heç kim mənə Rəşad deməsin”.
Mahirə xanım danışır ki, atası rəhmətə gedəndə Rəşad getmək istəmirdi. Deyirmiş ki, gedəndə atamın yoxluğunu bilirəm. Getməyəndə isə elə bilirəm, sağdır, babamgildə yaşayır. Anası öləndə isə Rəşad deyib ki, “mənim üçün dünya bitdi”.
“Bacımın yoldaşını rayonda, özünü burada dəfn etmişik. Amma yoldaşının şəklini də başdaşına vurdurmuşuq” — deyir Mahirə xanım.
Xalası Rəşad dünyasını dəyişməmişdən bir neçə gün öncə yuxuda bacısını görür. Uzun ağ paltar geyinmiş bacısı yuxuda ona deyir ki, Rəşad mənim yanımdadır: “Mən Allaha inanan insanam. Gördüm bacım dayanıb qarşımda, əynində ağ paltar var idi. Yaxası bütün qan içində idi. Dedi ki, narahat olma, Rəşad mənim yanımdadır. Yuxudan çox narahat ayıldım. Sonra fikirləşdim ki, yəqin anası Rəşadı qoruduğunun demək istəyir. Rəşad şəhid olanda qoymadım Şəhidlər xiyabanında dəfn edilsin, anasının yanında dəfn etdirdim”.
Rəşadın valideynləri həyatda olmadığı və bacısı 18 yaşı keçdiyi üçün ailəyə “şəhid ailəsi” statusu verilmir.
“Mən Rəşad öləndən sonra da heç bir qapı döyməmişəm. Biz heç bunu istəmirik də. Biz nə müavinət, nə də hansısa imtiyaz istəmirik. Yeganə istəyimiz Rəşadın adının əbədiləşdirilməsidir. Hər hansı bir küçəyə, ya da məktəblərin birinə Rəşadın adı verilsin.” — deyə xalası bildirir.
“Arzularım çox idi,  Rəşad üçün heç nə edə bilmədim. Mən Rəşadı məzara qoyub yaşayıramsa, bu o demək deyil ki, yaşayıram. Mənim hər günüm Rəşadla başlayır, Rəşadla bitir. Biz şəhid ailəsi statusu almadığımız üçün İcra Hakimiyyətinə bu barədə məktubla müraciət edə bilmirəm. Qardaşım o uşaqların qəyyumu olub. Bizim məhkəməyə müraciət etmək fikrimiz yoxdur. Müvafiq qurumlardan, dövlət başçısından xahiş edirik ki, Rəşadın adının əbədiləşdirilməsi üçün tapşırıq versinlər. Heç olmasa, yaşadığı küçəyə adı verilsin və ya şəkli vurulsun. Bəlkə o zaman ürəyimiz sakit olar. Bizə pul, imtiyaz lazım deyil” — Mahirə xanim deyir.
Qeyd edək ki, Cəfərzadə Rəşad Əliyar oğlu 2015-ci dekabrın 16-da Ağdam ətrafında gedən döyüşlərdə həlak olub. Şəhid prezident tərəfindən 3-cü dərəcli fərqlənmə medalı ilə təltif olunub.
mənbə :
Sputnik















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti