Azadliq.az
Chrome
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
22/03/2017

Anar Həsənov: “Məni Lider TV-dən səfir Bülbüloğlu çıxartdırıb”

Anar Həsənov: “Məni Lider TV-dən səfir Bülbüloğlu çıxartdırıb”

Azadliq.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, Bu il yanvarın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrovun keçirdiyi ənənəvi mətbuat konfransında səsləndirdiyi “Qarabağ məsələsi təkcə Azərbaycanın problemi deyil” fikri Azərbaycan gündəmini bir müddət zəbt etdi. Rusiya diplomatiyasının birinci şəxsinin dilindən belə bir ifadənin səslənməsi çoxları üçün gözlənilməz idi. Hətta söylənənlərin gerçəyi tam ifadə etməsinə baxmayaraq…

Qarabağ məsələsi 20 ildən çoxdur Ermənistanla Azərbaycanını münaqişə nöqtəsi miqyasından çıxıb, prosesə dünya birliyi qatılıb, məsələnin dinc yolla nizamlanmasında vasitəçilik üçün ATƏT-in ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə Minsk Qrupu yaradılıb. Görünür, Azərbaycan tərəfi bu fikirdən narazı salan Rusiya XİN rəhbərinin Qarabağ haqqında danışarkən ərazinin Azərbaycana aidliyini vurğulamaması olub. Ən qəribəsi Azərbaycan tərəfinin məsələyə reaksiyası oldu – Kreml təmsilçisinə layiqli təpki vermək yerinə sualı verən jurnalist işdən çıxarıldı. Söhbət Lider TV-nin Moskva təmsilçisi Anar Həsənovdan gedir. Moskva səfəri zamanı Anar Həsənovla görüşüb baş verənləri onun dilindən eşitmək istədik. Söhbət boyu dəfələrlə iddia etdi ki, onun işdən uzaqlaşdırılmasının səbəbkarı Azərbaycanın Rusiya səfiri Polad Bülbüloğludur.

– Anar, işdən çıxarılmanız üçün gerçəkdənmi səfir Polad Bülbüloğlu təqdimat verib? Konkret faktınız varmı?

– Yanvarın 17-də Sergey Lavrovun mətbuat konfransından dərhal sonra Azərbaycanın Rusiya səfirliyinin mətbuat katibi mənim sualımı Azərbaycan XİN-lə, ya kanal rəhbərliyimlə razılaşdırıb razılaşdırmadığımı soruşdu. Dedim ki, ilk dəfə deyil nazirə sual verirəm və onların heç birini heç kimə razılaşdırmamışam. 2014-cü ildə Ermənistanın Rusiyadakı səfirliyində yaradılan qondarma DQR nümayəndəliyinin Rusiyanın Qarabağ siyasətinə necə təsir etdiyini, 2015-ci ildə ermənilərə əsir düşən Rusiya vətəndaşı Dilqəm Əsgərovun azad edilməsi üçün Moskvanın niyə heç bir addım atmadığını soruşanda da sualları özüm hazırlamışdım.

ANAR 1.JPG (12.95 MB)

Telekanal heç zaman mənim qarşımda sualları razılaşdırmaq tələbi qoymayıb. Nə marşal Dmitri Yazovla, nə erməni separatizminin ideoloqlarından Abel Aqanbekyanla, nə Çeçenistan lideri Ramzan Kadırovla, nə İnquşetiya rəhbəri Yunusbek Yevkurovla, nə Buryatiyanın lideri Vyaçeslav Naqovitsınla müsahibələrdə məndən hansı sualları verəcəyim soruşulmayıb, heç bir xüsusi göstəriş olmayıb. MDU-nun Jurnalistika fakültəsini bitirmişəm, Rusiyada siyasi jurnalistikanın tanınan siması Lyudmila Resnyanskayanın xüsusi kursunu keçmişəm, filologiya elmləri namizədiyəm, 15 ildir jurnalistika ilə məşğulam, yəni sual verməyi bacarıram. Bir də Rusiya XİN rəhbərinə hansı sual verəcəyimi kimdən soruşmalı idim? Lider TV-nin baş redaktoru Anar Şükürovdan? Yanvar ayında ermənilərin Moskva metrosunda törətdikləri terrorun 40 illiyi ilə bağlı reportaj hazırlamağı təklif edəndə, bilirsizmi, o nə dedi – “rus ölülər haqqında reportaj bizim nəyimizə lazımdır”? Yalnız politoloq Oleq Kuznetsov erməni terroru haqqında petisiya başladandan sonra Lider TV-nin xəbərlər redaksiyası söhbətin nədən getdiyini anlaya bildi.

– Belə çıxır ki, səfir arxanızda heç kimin dayanmadığını görüb sizə basqı göstərib?

– Basqı yumşaq ifadədir. Mənə qarşı böhtan kampaniyası başladı və səfirin dediklərinə züy tutan Azərbaycan mediası üzərimə gəldi. Lavrova sual verib həqiqəti ortaya çıxardığım üçün minnətdarlıq almalı ikən, travma aldım. Əslində isə, mən səhv etmiş olsaydım belə, səfirlik həmvətən kimi məni qorumalıydı. Ermənistan mediası da “pravokasyon sual” ifadəsini Azərbaycan mediasından götürmüşdü və ermənilər həvəslə istinad etdikləri media orqanlarının adını çəkirdilər. Beləliklə, Azərbaycanın Lavrovun cavabından narazı olduğunu Ermənistan mediası Azərbaycan mediasından öyrəndi. Məncə, cavabı Azərbaycanın xeyrinə də təsrif etmək olardı. Ancaq səfir sonradan qalmaqala çevriləcək isterika çıxardı. Düşünün, bir səfir telekanal rəhbərliyinə zəng edir və deyir ki, Lavrova verilən sual nə mənim, nə də Rusiya tərəfinin xoşuna gəlməyib. Bu zəng haqqında mənə Lider TV-nin baş redaktoru Anar Şükürov danışıb. Çox təəssüf, heç kim cənab səfirdən soruşmur ki, niyə o, Sergey Lavrovun mətbuat konfransı keçirəcəyini bilə-bilə Rusiyada akkreditasiyadan keçən Azərbaycan jurnalistlərini toplamayıb və məsləhətlərini verməyib? Azərbaycanda senzura 1996-cı ildə ləğv edilib, ancaq belə önəmli məqamlarda məsləhətləşmələrə ehtiyac var. Səfirin sonradan mənə qarşı atdığı atdım bilirsizmi nəyə bənzəyir – öz günahını jurnalistin üzərinə atmağa.

– Bəs, Rusiya XİN-in məsələyə münasibəti necə oldu?

– Qısa zamanda bunu da öyrənə bildim. Bəlli oldu ki, Rusiya xarici siyasət idarəsinin mənim işimi davam etdirməyimlə bağlı heç bir iddiası, tövsiyəsi yoxdur, nazir Lavrov mənim işdən çıxarılmağımı tələb etməyib. Əgər, verdiyim sual onlara korrekt görünməsəydi, əmin olun, dərhal akkreditasiyamı ləğv edər, Azərbaycan XİN-ə bu haqda etiraz yollayardılar. Ancaq belə bir məsələ olmayıb.

– Sizcə, verdiyiniz sual Azərbaycan səfirində niyə belə qıcıq yaradıb?

– Çünki mən reallıqları dilə gətirmişəm. Onlar isə reallıqları ciddi-cəhdlə ört-basdır etmək istəyirlər. Ötən ilin aprelində Azərbaycanın hərbi-siyasi addımları mənim hədəfi düz seçdiyimi göstərir. Mən, Qarabağ məsələsində açar funksiyası daşıyan dövlətin önəmli şəxsinin dilindən gerçəklərin səslənməsinə nail olmuşdum. Səfiri əsəbiləşdirən də bu məqam idi. Rusiyada yaxşı yaşamaq arxasınca qaçmıram, övladlarımın karyerası haqqında düşünmürəm, bizneslə bağlı iddialarım da yoxdur. Mənimçün önəmli olan Azərbaycanı onun sərhədlərindən kənarda təmsil edən jurnalist imicimdir. Polad Bülbüloğlu isə Qustav Floberin məşhur ifadəsində deyildiyi kimi hərəkət edir – bütlərə toxunmayın, onların zəri əlinizdə qalar. Məsələnin ən acınacaqlı tərəfi həm də odur ki, bu olaydan sonra heç kim yüksək səviyyəli siyasətçilərə cəsarətli sual verməyə ürək eləməyəcək. Belə məqamlarda çoxları kiməsə xoş gəlməyə çalışacaq.

– Deyirsiz, daha Moskvada cəsarətli jurnalist qalmayıb?

ANAR 2.JPG (13.54 MB)

– Bircə Roman Ağayevdən başqa. Roman indiyə qədər prezident Putin də daxil olmaqla Rusiyanın yüksək səviyyəli dövlət məmurlarına dəfələrlə cəsur, orjinal suallar verib, bu sualların cavabı gündəm yaradıb. Onu da səfir Polad Bülbüloğlu mənimlə baş verən qalmaqaldan iki gün öncə çalışdığı Ümumrusiya Azərbaycanlıları Konqresinin saytından uzaqlaşdırıb. Səfir onun işdən çıxarılmasını tələb edib, ÜAK-dakı məddahlar da bu tapşırığı ən eybəcər formada yerinə yetirib. Heç Romana son ayın əməkhaqqını belə ödəməyiblər.

– Deməli, siz səfirin “qəzəbinə” gələn ilk jurnalist deyilsiniz…

– Səfirin basqısı ilə ilk dəfə Ümumrusiya Azərbaycanılıları Konqresinin sədr müavinliyinə dəvət edildiyim vaxtdan üzləşmişəm. Təklifi alanda dedim ki, bir şərtlə razı olaram – “Lider”TV-nin xüsusi müabiri olaraq qalım. Kanal rəhbərliyi ilə danışıqlar oldu və o, paralel ictimai fəaliyyət üçün heç bir problem olmadığını dedi.

– Siz ÜAK-a gəlmək təklifini kimdən almışdız?

– Samir Məmmədovdan. Bu, 2016-cı ilin sentyabrında olub. S.Məmmədov de-fakto quruma rəhbərlik edirdi. O, ÜAK-a Rusiyada Azərbaycan diasporu ilə bağlı bütün məsələləri səfirin müavini Qüdsi Osmanov kurasiya edəndə gətirilmişdi. Polad Bülbüloğlu isə öz müavini ilə davamlı konfliktdə idi və bütün yollarla onun diplomatik fəaliyyətini əngəlləməyə çalışırdı. Səfirin diaspor məsələləri üzrə müşaviri Aqşin Əliyev mənə zəng edib dedi ki, səfir sənin Qüdsi Osmanovun dəvəti ilə ÜAK-da olmağını təqdir etmir. Cavab verdim ki, diaspor fəaliyyətimlə bağlı konkret planlarım var və bunlar millətlərarası münasibətlərin yaxşılaşdırılmasına yönəlib. Mən Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirəndən sonra, 25 yaşımda “Etnik jurnalistika strukturlarında diaspor KİV-ləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişəm, İsrail jurnalistlərinin Bakıya səfərini təşkil etmişəm, aprel döyüşlərindən sonra Rusiyanın mediasında dəfələrlə erməni ekspertlərlə debata çıxmışam, bu olaylarla bağlı dostum İsmayıl Ağayevlə bərabər HCH agentliyində Rusiya tarixçilərinin və politoloqlarının iştirakı ilə müzakirələr təşkil etmişəm, müxtəlif radio-proqramlara şərhçi kimi dəvət olunmuşam. Buradakı bütün imkanlarımdan Qarabağ həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması üçün istifadə etməyə çalışmışam. Düşünürdüm ki, bu əlaqələr mənə diaspor işini gücləndirməyə yardımçı olacaq. Amma səfir Polad Bülbüloğlu bunun qarşısını aldı. Təəssüf ki, siz bu gün ÜAK-da işləyənləri tanımırsınız. Bu “balaca adamların” düşüncədən, xarizmadan uzaq hazırlıqsız insan olduqlarını öz gözlərinizlə görə bilərdiniz. Açıq dedilər ki, səfir sənə burada işləmək imkanı verməyəcək və mən uzaqlaşmağa məcbur oldum. Verilən tapşırıqları, üzərimə düşən vəzifələri yerinə yetirməyimə baxmayaraq hansısa səbəblərdən səfirin qara siyahısına düşmüşdüm. Səfirliyin adını bəlli səbəblərdən çəkə bilməyəcəyim əməkdaşı mənə deyirdi ki, Bülbüloğlu sənin reportajlarında onu necə təqdim etdiyi ilə xüsusi maraqlanır.

– Səfirin “qara siyahı”sında daha kimlər var?

– Uzun siyahıdır. Orada onlarla tanınmış, Azərbaycan üçün ürəklə çalışan onlarla insanın adı var. Səfir bəyənmədiyi adamları işdən çıxartdırır, ictimai fəaliyyətlərinə mane olur.

– Konkret faktınız varmı?

– ÜAK-nin Ulyanovsk bölməsinin rəhbəri İslam Hüseynov. Bu adam Ulyanovskda Heydər Əliyevə heykəl ucaldıb, şəhər məktəblərindən birinə onun adının verilməsinə nail olub, Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşması üçün onlarla tədbir keçirib. ÜAK-ın dekabr qurultayından qabaq İslam Hüseynova xəbər göndərdilər ki, səfir səni qurultayda görmək istəmir, gəlmə. Sizcə, bu normaldır?

– Gəldi?

– Hüseynov diqtə ilə işləyən adam deyil. Qurultaya da gəldi, tənqidi çıxış da elədi. Bilirsinizmi, sonra nə baş verdi? Səfir Rusiyanın yüksək çinli məmurları, o sıradan hüquq-mühafizə orqanları rəhbərləri ilə əlaqələrindən istifadə edərək onun həyatını maksimum çətinləşdirməyə çalışdı. İslam Hüseynovun da “günahı” Samir Məmmədov, Roman Ağayev, Oqtay Hüseynov, Anar Həsənov, Səadət Qədirova, Oleq Kuznetsov kimi “sözəbaxan” olmamasıdı. Ancaq bu basqıların hamısının səfirin özünə qarşı çevrildiyini düşünürəm. Indilik Polad Bülbüloğlu meydanı sevmədiyi adamlardan təmizləyir, ancaq inanıram ki, yaxınlarda özü də basqı ilə üzləşəcək, çünki əslində görməli olduğu işlə məşğul deyil. Yəqin bu sözləri səsləndirdiyim üçün onun buyruğunda duranlar mənə hücum edəcəklər. Bunu da normal qarşılayıram. Ancaq bircə onu bilsinlər ki, dediklərim Azərbaycan rəhbərliyi haqqında yox, konkret səfir haqqındadır.

Aygün Muradxanlı – Musavat.com
Moskva-Bakı















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2021. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - sozun izahi antonimi adinin menasi antonimi ereb ve fars sozleri free translate sitemap free translate sitemap nedir