Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
19/04/2017

Bu peseleri oyrenseniz, omurluk coreyiniz olacaq

Bu peşələri öyrənsəniz, ömürlük çörəyiniz olacaq



2017-04-19T22:41 xeber – Son zamanlar gənclər arasında video-foto operator, dekorator, vizajist, bərbər, qrim ustası və digər bu kimi peşələrə maraq artıb. Bu peşələrə daha əlçatan yolla yiyələnmək isə təhsildən keçir — peşə təhsilindən. Buzovnada yerləşən 5 saylı Bakı Peşə Məktəbinə müraciət edənlər sadaladığımız bu peşələrə 1-2 il ərzində yiyələnə bilərlər.
Bu günlərdə 5 saylı Bakı Peşə Məktəbində olub, məktəbin təhsil səviyyəsi ilə maraqlandıq. Məktəb mərkəzdən bir qədər uzaq olsa da, müasir standartlara cavab verir. Bizi məktəbdə direktor Pərviz Həmzəyev qarşıladı.
Xatırladaq ki, 5 saylı Bakı Peşə Məktəbi 1969-cu ildə 55 saylı Texniki Peşə Məktəbi kimi fəaliyyətə başlayıb. 1972-ci ildən 1996-cı ilə qədər peşə ilə yanaşı, orta təhsil də verən Orta Texniki Peşə Məktəbi kimi fəaliyyətini davam etdirib.
Pərviz Həmzəyevin sözlərinə görə, əvvəllər məktəb uyğunlaşdırılmış köhnə binada fəaliyyət göstərib. 2011-ci ildə birinci xanım Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə məktəbin köhnə binası emalatxanalarıyla ilə birlikdə tamamilə sökülüb, yerində müasir tələblərə uyğun yeni məktəb tikilib. 2012-ci ildə istifadəyə verilən məktəbin profili də dəyişib: “Hal-hazırda məktəbdə “video çəkiliş üzrə operator”, “kinomontajçı”, “səs operatoru”, “qrimçi pastijor”, “interyer və eksteryerin bədii tərtibatçısı”, “kostyum ustası və dərzi”, “telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator”, “kompüter ustası”, “işıq operatoru”, “bərbər-vizajist”, “tədbir və mərasim təşkilatçısı” ixtisasları tədris edilir. 373 şagirdin təlim-tərbiyəsi və tədrisi ilə 40 nəfər müəllim, mühəndis-pedaqoji işçisi məşğul olur”.
Direktorun sözlərinə görə, məktəbin tədris-istehsalat emalatxanaları yüksək səviyyədə, müasir tələbata uyğun əyani və texniki vasitələrlə, avadanlıq və cihazlarla təmin edilib. Belə ki, məktəbdə müasir standartlara uyğun 30 nəfərlik tamaşaçı tutumlu çəkiliş studiyası, rejissor otağı, səsyazma studiyası, montaj emalatxanası, qrim tədris emalatxanası, dekorator təlim emalatxanası, dərzi ixtisası üzrə tədris emalatxanası var.
P.Həmzəyev bildirir ki, şagirdlər Az.Tv, İctimai Tv, Space, Xəzər, İnteraz, ARB, C.Cabbarlı adına Kinostudiya, Azərbaycan Dövlət Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Komediya Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı və Yuğ Teatrında təcrübə keçirlər.
Həmzəyev həmçinin qeyd edir ki, Nazirlər Kabinetinin məlum qərarı ilə 15 saylı Bakı Peşə Liseyi, 5 nömrəli Bakı Peşə Məktəbi və 13 nömrəli Bakı Peşə Məktəbi birləşdirilərək onların bazasında Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Hazırda mərkəzin fəaliyyətinin təşkili istiqamətində işlər davam edir.
Daha sonra P.Həmzəyevin müşayiəti ilə istehsal təcrübəsi otaqlarında gəzdik, şagird və müəllim heyəti ilə görüşdük.
Peşə məktəbinin “Videooperatorluq” ixtisası qrupunun şagirdləri bu sahəyə çox maraq göstərirlər. Məktəbin müəllimi Tarverdi Tarverdiyevin sözlərinə görə, şagirdlərə kameranın quraşdırılması, yerin seçilməsi, çəkilişin aparılması öyrədilir. Dərslər 9 illik təhsili bitirən uşaqlar üçün 2 illik, digər şəxslər üçün isə 1 illikdir. Dərslər 1 illik qruplarda ödənişil və ödənişsiz şəkildə keçirilir: “1 illik qruplarda yaş fərqi yoxdur. Əgər 11 illik təhsili başa vurubsa, burada hər yaşda təhsil almaq mümkündür. Videooperatorluq peşəsinə maraq çox böyükdür. Bu ancaq bizim məktəbdə və İncəsənət Universitetində tədris edilir. Bu məktəb ölkədə bu şəkildə təhsil verən yeganə məktəbdir”.
Məktəbdə dərslər Mədəniyyət və İncəsənət Universitetinin proqramı ilə keçirilir. Məsələn, biz orada olduğumuz gün keşirilən dərs kinoda işıqlandırma haqqında idi. Məktəbdə uşaqlara studiyada dərsi izah etmək və praktik şəkildə öyrətmək üçün hər bir şərait var.
Şagird Ceyhun Hüseynzadə deyir ki, videooperatorluğa uşaqlıqdan maraq göstərib: “Balaca kameram var idi. Çəkiliş aparmağı sevirdim. Atam dedi ki, belə bir məktəb var, mən də gəldim. Sevdiyim peşəni öyrənirəm. Gələcəkdə peşəkar kinooperator olmağı arzulayıram”.
Elşən Musayev isə uşaqlıdan fotoqraf olmağı arzulayırmış. Sonra internetdə araşdırıb və Azərbaycanda belə bir məktəbin olduğunu müəyyən edib. İstəyir ki, gələcəkdə peşəkar fotoqraf olsun. Elşən indidən müəllimlərinə film çəkilişlərində kömək edir.
Sahibzaman Bağırov isə kinomontaj ixtisasına yiyələnir. Deyir ki, gələcəkdə kinorejissor olmaq niyyətindədir: “Mənim öz əl işlərim var. Bir balaca aktyorluq qabiliyyətim də var. Amma istəyirəm ki, peşəkar olum. Kəndimizdə çəkdiyim kiçik filmlərlə tanınıram”.
Qeyd edək ki, qrupda qızlar da təhsil alır. Tarverdi müəllim bunu onunla izah edir ki, Bakı kəndlərində xüsusi qadın məclisləri keçirilir ki, orada qadın operatorlara ehtiyac duyulur. 
Solmaz Xalidzadə “tədbir və mərasimlərin təşkilatçılığı” ixtisası üzrə təhsil alır. Deyir ki, gələcəkdə bu sənətin dərinliklərinə yiyələnməyi düşünür.
Tarverdiyev qeyd edir ki, tələbələr bütün tədbirlərdə aktiv iştirak edir: “Bu sahələr həm gəlirli, həm də maraqlıdır. Uşaqlar məktəbi bitiridikdən sonra televiziyalarda çalışa və ya fərdi sahibkarlıqla məşğul ola bilər”.
Məmmədbağır Babayev kompüter ixtusasına yiyələnir. O deyir ki, məktəbdə kompüter sahəsində çox maraqlı bilgilər əldə edib: “Kompüterin format edilməsi, silinmiş faylların bərpası, kompüterlərin təmiri və demək olar ki, kompüter haqqında 80-90 faiz məlumatları öyrənmişəm. Arzulayıram ki, gələcəkdə əvvəlcə kiçik sahibkarlıqla məşğul olum, sonra isə bazarda özünə yer edə biləcək kompüterlər istehsal edim”.
Məktəbin şagirdi Sevda Hacıyeva isə “Səs operatorluğu” qrupunun şagirdidir. Deyir ki, gələcəkdə təhsilini davam etdirməyi, ixtisasını professionallaşdırmağı düşünür.
Rahim Məmmədov isə bu sahəni dostlarına baxaraq seçib: “Dostlarım bu məktəbdə oxuyub. Sonra internetdə araşdırdım və xoşuma gəldi. Gələcəkdə səsyazma studiyası yaratmaq istəyirəm”.
Səs operatorluğu ixtisası üzrə dərs deyən Ruslan müəllim bildirir ki, uşaqların səs operatorluğu sahəsinə marağı böyükdür. Onun sözlərinə görə, peşə məktəbində ixtisaslı kadrlar yetişir: “Bildiyimə görə, 40-a yaxın şagirdimiz müxtəlif televiziya və teatrlarda çalışır”.
Məktəbdə “Kinomontajçı” qrupunun uşaqları da çox fəaldır. Müəllim Elşad Rəhimov bildirir ki, uşaqlar kino montaj sahəsinə çox maraqlıdır: “Bizim müxtəlif montaj proqramlarımız var. Biz uşaqlara bütün montaj proqramlarını öyrədirik. Əsas, nəyi necə kəsib, necə yapşdırmaq lazım olduğunun sirlərini öyrənməlidirlər. Uşaqlarımız bu sahəyə çox maraqlıdır. Artıq onlar bütün proqramları öyrəniblər. Yaradıcılıq prosesində hər kəs eyni materialı öz fantaziyasına uyğun yığır. Bu uşaqlar öz üzərilərində işləsələr, gələcəkdə çox güclü kadr ola bilərlər”.
Kostyumçu və dərzi ixtisası üzrə müəllimə Sevil Əzizova deyir ki, qızlar bu işə xüsusi maraqlıdır. Onlar artıq özləri müxtəlif paltarlar tikə bilirlər: “Uşaqlarımız bütün geyimləri özləri işləyib. Son bir ayda şagirdlərimiz çox paltar tikib”.
Müəllim deyir ki, məktəbdə uşaqların öyrənməsi üçün bütün şərait var: “Bəzən olur ki, uşaqlar dərsə çox həvəssiz başlayırlar. Amma bir neçə gündən sonra dərsə elə həvəslə yanaşırlar ki, məəttəl qalırsan”.
Qeyd edək ki, məktəbin şagirdləri Azərbaycan milli geyimlərini, Novruz personajlarının geyimlərini hazırlamaqda çox maraqlıdırlar.
Zöhrə Ağalarova məktəbə daxil olmamışdan öncə toxuculuqla məşğul olurmuş. Dərziliyi isə bu məktəbdə öyrənib: “Mən moda dizaynları etmək istəyirəm. Mümkün olsa, gələcəkdə bu işlə professional məşğul olacağam”.
Məktəbin direktoru bildirir ki, şagirdlər özləri fərdi şəkildə də işlər götürə bilirlər: “Bu məktəbdə uşaqlar üçün çox imkan yaradılıb. Tutaq ki, biri mühəndis olmaq istəyir. Bir var ki, 11-ci sinfi bitirib mühəndisliyi oxuyasan, bir də var ki, 9-cu sinfi bitirib, peşəyə yiyələnib, sonra mühəndisliyi oxuyasan. Məktəbdə uşaqlar arasında da mehribanlıq, səmimilik var. Çünki istehsalatda səmimiyyət, ünsiyyət yaranır”.
Məktəbin dekorasiya emalatxanası da var. Şagirdlərə bu emalatxanada müxtəlif dekorasiyaların hazırlanması öyrədilir. Uşaqlar kağızdan, xəmirdən müxtəlif dekorasiyalar hazırlayır.
Məktəbin bərbərlik ixtisasına oğlanlar da xüsusi maraq göstərir. P.Həmzəyev bildirir ki, uşaqlar məktəbi bitirəndən sonra professional usta kimi çalışa bilirlər: “Hal-hazırda uşaqların çoxu müxtəlif qurumlarda istehsalat təcrübəsindədir”.
Məktəbin şagirdi Fəridə Şərifovanın sözlərinə görə, o, bərbərliyin dərinliklərinə bu məktəbdə yiylənib: “Mən bu sənəti sıfırdan burada öyrənmişəm. Hal-hazırda Gənc Tamaşaçılar Teatrına istehsalat təcrübəsinə gedirəm. Çox maraqlı sənətdir. Maraq olandan sonra öyrənmək də çətin olmur”.
Nurlan Dadaşov deyir ki, əvvəlcə sırf kişi saç düzümlərini öyrənməyi düşünürmüş. Amma məktəbə gələndən sonra burada həm kişi, həm də qadın saç düzümlərini öyrənib: “Düşünürəm ki, gələcəkdə bu sənət üzərində bir qədər də çalışım və universal usta ola bilim”.
“İnteryer və eksteryerin bədii tərtibatı” qrupunun müəllimi Gülnar Əliyeva bildirir ki, uşaqların dekorasiya hazırlamağa maraqları böyükdür. Onlar yeniliklər etməyi, yeni ideyalar üzərində işləməyi sevirlər. Burada uşaqlara müxtəlif texnikalarla dekorasiyaların hazırlanması öyrədilir: “Uşaqlar güllərdən “Allah” sözünü özləri yaradıb. Ziyafət stolu, şüşə, daşlarla dekorasiyalar hazırlamağı çox sevirlər. Uşaqlarımız çox aktivdir”.
Qeyd edək ki, məktəbin direktoru bizi müşayiət edərək bütün istehsalat otaqları ilə tanış edib, məlumat verdi. Onun sözlərinə görə, uşaqların kitablara da böyük marağı var: “Kitab oxumaq bizim yaralı yerimizdir. Çox zaman deyirlər ki, gənclərdə kitab oxumağa maraq qalmayıb. Amma bizim məktəbdə şagirlərimiz kitaba da maraq göstərirlər”.
P.Həmzəyev həmçinin qeyd etdi ki, uşaqlar rayon miqyasında tədbirlərdə də fəal iştirak edir, öz bilik və bacarıqlarını nümayiş etdirirlər.
Qeyd edək ki, 5 saylı Peşə Məktəbi “Video çəkiliş üzrə operator”, “kinomontajçı”, “səs operatoru”, “qrimçi pastijor”, “interyer və eksteryerin bədii tərtibatçısı”, “kostyum ustası və dərzi”, “telekommunikasiyada kompüter texnikasının istismarı üzrə opreator”, “kompüter ustası”,” işıq operatoru”, “bərbər-vizajist”, “tədbir və mərasim təşkilatçısı” ixtisasları üzrə formalaşmış yeganə peşə məktəbidir.
mənbə :
Sputnik















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti