Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber

“Mən bu yola kəfənlə çıxmışam” – Sabiq nazirin 7 il cəza aldığı məhkəmədəki son sözü

“Mən bu yola kəfənlə çıxmışam” – Sabiq nazirin 7 il cəza aldığı məhkəmədəki son sözü




“Əli İnsanovun dəmir barmaqlıqlar arxasında kədər heykəlinə dönməsini görməyəcəklər. Əli İnsanov mübarizə üçün doğulub. Bilin və agah olun, Əli İnsanov ölümlə rəqs edənlərdəndir”
Bu gün Qaradağ Rayon Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində açılmış cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında Ə.İnsanovun 8 il 9 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib. Məhkəmənin hökmü ilə Ə.İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.

Prosesdə Əli İnsanovun vəkilləri müdafiə çıxışı ediblər. Vəkil Ağaveyis Şahverdiyev müdafiə çıxışında bildirib ki, Əli İnsanov heç bir cinayət törətmədiyi halda, bu günə qədər 10 il 10 ay həbsdə saxlanılıb.

Məhkəmədə məlum olub ki, Əli İnsanov ona qarşı saxta cinayət işi qurmaqda ittiham etdiyi şəxslərin cəzalandırılması üçün Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Amma onun vəsatətinə cavab verilməyib.
Vəkil bildirib ki, məhkəmə də qərəzli olaraq, müdafiə tərəfinin vəsatətlərini təmin etməyib, yalnız ittiham tərəfinin sübutları araşdırılıb.
Ağaveyis Şahverdi işə baxan hakim Rəşad Mustafayevə də etiraz verib. Vəkil etirazını əsaslandırarkən qeyd edib: “Hakim martın 1-də Əli İnsanov barəsində həbs-qətimkan tədbirinin müddətini 1 ay uzadıb. Uzatma qərarında sabiq nazirin təqsirsizlik prezumpsiyası hüququnu pozaraq, hələ heç cinayət işinə məhkəmədə baxılmamış onun cinayət əməlinin sübuta yetirildiyini yazıb. Ona görə də bu işə baxıb ədalətli qərar çıxara bilməz”.

Əli İnsanovun digər vəkili Toğrul Babayev həmkarının çıxışını etirazı müdafiə edib. O, bildirib ki, Əli İnsanov heç bir cinayət əməli törətməyib: “Olmayan cinayətə görə 8 il cəza istəyərlərmi? Siz kimə cəza istəyirsiniz? 13 il Heydər Əliyevlə çiyin-çiyinə işləmiş adama? Akademikə? YAP-ın qurucularından birinə? Bu zərərçəkmiş 35 gün harada müalicə olunub? Ən ağır xəstə də iki həftədən sonra sağalır. Bütün bunlarla bağlı heç bir sənəd təqdim eləmədilər. Əli İnsanovun evə getməyinə 56 gün qalmışdı. Onu ən ağır şəraitdə saxladılar. 11 ildir yaxınları ilə görüşmür. Saxlanıldığı müəssisənin rejim qaydalarına həmişə əməl eləyib. Əli İnsanova işgəncə verilməsi Avropa Məhkəməsinin qərarında da təsdiqini tapıb. Hadisə baş verdiyi iddia olunan vaxt cəzaçəkmə müəssisəsində 15 əməliyyatçı olub. O qədər adamın yanında Əli İnsanov özündən fiziki cəhətdən üstün olunan adama xəsarət yetirdi? Əli İnsanovla birlikdə həbs olunanların hamısı azadlığa buraxıldı”.
Prosesdə vəkillərin etirazı baxılmamış saxlanılıb.
Növbə son sözlə çıxış etmək üçün Əli İnsanova çatıb. Sabiq nazir son sözündə çox rahat və nikbin olduğunu deyib.
Əli İnsanov son sözünə əlavə edib: “Dövlət ittihamçısına deyirəm ki, arxayın olsun. Burada baş verənlər, mənə istənilən cəza məndə heç bir isterika yaratmayacaq. Mən kiminsə ünvanına təhqir yağdırmayacam. Buna mənim tərbiyəm yol vermir. Bu yalanları bu cür pafosla necə deyirsiniz? Bununla hara gedirsiz? Bu baş verənləri özümə qarşı terror kimi qəbul edirəm. Bir akademikə qarşı terror bütün xalqa qarşı terror deməkdir. Guya mən haradasa narkotik tərkibli dərmanlar saxlamışam. Bu yalana göstəriş verənlər də elə bu işi düzüb-qoşan serjantın səviyyəsinə düşüb. Görün Azərbaycan nə gündədir. Biri tapşırır, biri qoyur, o biri də hüquqi don geyindirir. Hüquqi don geyindirən də elə həmin serjantın səviyyəsinə düşür. Bu böhtana kiminsə inanacağını düşünmürəm. Bütün bunlar izahı olmayan uydurmadır. Ən az demokratiya olan cəmiyyətlərdə belə, məhkəmə iclasları canlı yayımlanır. Mənim məhkəmələrimdə isə jurnalistlərə məhdudiyyət yaradılır. Məni və jurnalistləri Lenin muzeyinə çağırmamısınız ki…”.

Əli İnsanov ötən proseslərdə olduğu kimi bu dəfə də deyib ki, heç bir cəzaya qarşı əyilməyəcək: “Hörmətli prokuror, siz nəvələrinizlə söhbətdə gördüyünüz hansı işdən fəxrlə danışacaqsız? Deyəcəksiniz ki, bir alimi, akademiki cibinə narkotik atdırıb məhv elədim? Prokuroru öyrədib bura göndərənlərə çatdırın ki, Əli İnsanovun dəmir barmaqlıqlar arxasında kədər heykəlinə dönməsini görməyəcəklər. Əli İnsanov mübarizə üçün doğulub. Bilin və agah olun, Əli İnsanov ölümlə rəqs edənlərdəndir…

2005-ci ildə qanunsuz olaraq, şərləyib, 11 il cəza verdilər. Azadlığa çıxmağıma az qalmış eyni prosesləri davam elədilər. Arzuları məhv eləmək olmaz. Mən bu yola kəfənlə çıxmışam. 11 ildə 107 məhkəməm olub, bu, 108-cidir. Bu məhkəmələrin birində də mənim xeyrimə qərar çıxarılmayıb. Bu Ginnesin rekordlar kitabına düşəcək hadisədir. Mənim qaldığım 118 nəfərlik barakda hərəyə bir qəbirlik yer düşür. Oradan heç nə tapmadılar. Anbar kimi bir yerdə axtarış aparanda heç olmasa, məni çağıraydılar”.

Əli İnsanov müdafiə hüququnun pozulduğunu və ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığı məhkəmənin diqqətinə çatdırıb: “Müdafiə hüququm pozuldu. Məni çağıranda dedim vəkilim yoxdu, ifadə vermirəm. Çevrilib gedəndə rəis çağırdı. Anar Məmmədov da orada dayanmışdı, onda artıq cibi cırıq idi. Yazılmamış protokolu necə cıra bilərəm? Əgər protokol cırılmışdısa, niyə əl izlərimi götürmədilər? Əgər ekspertiza keçirilsəydi, istintaq ifşa olunacaqdı. Necə ola bilər ki, eyni vaxtda həm protokolu cırıram, həm Anar Məmmədovun poqonunu cırıram, həm ona kəllə-beyin travması yetirirəm? Mən orada izahat vermədim, qoluma qandal vurub karsa saldılar? Məni aparanda Anar Məmmədov qapıda dayanıb gülürdü. Kəllə-beyin travması alıbsa, niyə başının tomoqrafiyası yoxdur? Bu həm gülməlidir, həm də əcaibdir. O ki qaldı dərmanlara, bu iş də tam quramadır, ortada heç nə yoxdur. Azərbaycanda bir akademikin cibinə narkotik atırlarsa, deməli, nazirlərin, nüfuzlu beynəlxalq qurumlarda işləyənlərin və başqalarının da cibinə narkotik atmaq çox asandır. Bununla heç kimi inandıra bilməzdiniz, çünki mənə uyğun gəlməyən ittihamlardır. İctimai fikirdən qorxu hissi Allahdan qorxu hissinə bərabərdir”.
Əli İnsanov sonda ondan zərərçəkən şəxslər barəsində qərar çıxarılmasını istəyib: “Mən lazım olan hər şeyi dedim. Xahiş edirəm, bu yalançı zərərçəkmiş və şahidlər barəsində xüsusi qərar çıxarasız. Zaman hər şeyi yoluna qoyacaq. Bu gün prokuror gülümsəyir. İlk dəfə məhkəməmdə prokuror Kamran Əliyev idi. O sonradan vəzifə aldı. Bu prokurora da vəzifə verəcəklər. Amma cənab hakim, sizə isə sadəcə, “çox sağ ol” deyəcəklər. Bu “sağ ol”un yükü isə ağır olacaq.

Mən çox şey bilirəm. Bunları qorxudan da mənim bildiklərimdir. Elə bilirlər bura 3-5 min adam yığacam. Amma mən heç qohumlarımı da gəlməyə qoymuram. Bu gün demokratik inqilab Azərbaycanın sərhədlərinə yaxınlaşmaqdadır. Əgər ədalət bərpa olunmasa, bu yanğın bütün Azərbaycanı bürüyəcək. Azərbaycanda vəziyyət heç vaxt bugünkü qədər ağır olmayıb”.
Son sözdən sonra məhkəmə qərar qəbul etmək üçünm müşavirəyə yollanıb. Müşavirədən qayıdan məhkəmə hökmü elan edib.
Məhkəmənin hökmü ilə sabiq səhiyyə naziri Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.
Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti