Xəbərlər

Nepal faciesinden sonra qalmaqal


xeber –

Nepalda meydana gələn dəhşətli zəlzələdən sonra ölkəyə göndərilən yardımla bağlı qalmaqallı açıqlamalar yayılıb.

ANS PRESS-in məlumatına görə, Nepalda baş verən son 80 ilin ən şiddətli zəlzələsi nəticəsində minlərlə insan həlak olmuş, böyük dağıntılar meydana gəlmişdi. Himalay dağlarındakı ölkəyə bir çox ölkədən yardımlar göndərilib.

“Hindustan Times”da yer alan xəbərdə bildirilir ki, Nepal hökuməti və bəzi beynəlxalq təşkilatlaırn təmsilçiləri bir-birlərini yaşanan qarışıqlığa və zərərçəkənlərə lazımi yardımı gecikdirməyə görə suçlayıb.

Nepala aparılan humanitar yardımların gömrük nəzarətində saxlanılması isə xarici xilasedici qrupların qəzəbinə məruz qalıb. Yerli hökumət isə lazmsız əşyaların gətirilməsini başa düşmədiyini bəyan edib.

“Bir sıra yardım təşkilatları bizə nəyə ehtiyacımız olduğunu soruşmadan maddi yardım göndərirlər”, – deyə Nepalın xarici işlər naziri Lakşmi Prasad Dhakal “Hindustan Times”a açıqlamasında bildirib.

Qeyd edək ki, Nepalda aprelin 25-də 7.8 bal gücündə meydana gələn zəlzələ nəticəsində 7 mindən çox insan ölüb, 14 mindən çox insan isə xəsarət alıb.

Mənbə : Anspress.com

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu