Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
27/01/2015

“Telemekanda en böyük problem puldur”- MÜSAHİBƏ

“Telemekanda en böyük problem puldur”- MÜSAHİBƏ


27.01.2015 / 17:09 xeber –

“Milli-mənəvi dəyərlər deyib bizi cərimə edirlər”

 

 

ANS Şirkətlər Qrupunun prezidenti, kinorejissor Vahid MustafayevinAPA-ya müsahibəsi

– Vahid müəllim, 2015-ci ildə ANS televiziyasında hansı dəyişiklik və yeniliklər gözlənilir?

– Ümumiyyətlə, televiziya mövsümü hər il sentyabr ayından başlayır. Keçən mövsümdən, 2014-cü ilin sentyabrından xəbərlər xidmətinə daha çox diqqət ayırmağa başlamışıq. Hazırda bizdə xəbərlər xidməti inkişafdadır. Bu, ANS-in yoludur. Çünki hamı bizdən xəbər gözləyir. Xəbər proqramlarının, xəbər proqramlarının yayımının da vaxtı artıb. Bu gün, yəni yanvar ayı üçün ANS-in yayımında xəbər proqramları ümumilikdə 52 faiz təşkil edir. May ayına qədər bu rəqəm 60 faiz təşkil edəcək.

– Hazırda Azərbaycan tamaşaçısı yerli telekanalları kəskin tənqid edir. Bu tənqidə rəvac verən ilkin səbəb kimi isə, telekanalların ucuz, bayağı şouya meyllənməsi göstərilir. Tənqidlər sizin telekanaldan da yan keçmir. Bu tənqidlərə münasibətiniz necədir?

– Napoleon Bonapartdan Vaterloo döyüşündən əvvəl soruşublar ki, qələbə çalmaq üçün vacib amillər nədir? Napoleon da üç amilin vacib olduğunu bildirib: Pul, pul və yenə də pul. Azərbaycan teleməkanında ən böyük problem puldur. Bu gün təəssüf hissi ilə bildirirəm ki, Gürcüstanda reklam qiymətləri Azərbaycanın reklam bazarından daha yüksəkdir. Amma daha çox o təəssüf doğurur ki, Ermənistanda da reklam qiymətləri Azərbaycanın reklam qiymətlərindən yuxarıdır. Baxmayaraq ki, bizim bugünkü iqtisadi imkanlarımız onlardan qat-qat üstündür. Media sahəsi tədris və maliyyə nöqteyi-nəzərdən özünün ağır günlərini yaşayır. Sözsüz ki, bu gün Azərbaycan tamaşaçısı demokratik bir ölkədə yaşadığından Türkiyə, Rusiya, Amerika, İngiltərə, Almaniya və digər ölkələrin telekanallarına baxa bilir və aradakı fərqi görür. Bu fərq nədən ibarətdir? Bu fərq ondan ibarətdir ki, bizdə reklamın bir saniyəsinin qiyməti məsələn, orta hesabla 10-15 manatdırsa, Rusiyada reklamın bir saniyəsinin qiyməti bizim pulla 45 min manatdır. Amma istifadə etdiyimiz avadanlıqlar eynidir. Yaxşı, belə olan təqdirdə, Azərbaycan telekanalları öz məhsullarını həmin səviyyədə, rəngarəng, keyfiyyətli və yüksək peşəkarlıqla necə təqdim edə bilsinlər? Bu işin maliyyə tərəfi. Keçək tədris məsələsinə. Bütün bu illər boyu bizim operator məktəbimiz olmayıb, indi də yoxdur. Rejissor məktəbimiz olmayıb, indi də yoxdur. Səs operatoru məktəbi yoxdur, olmayıb, heç indi də yoxdur. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu  üzrə təhsil alan əlaçı tələbələri işə dəvət etdik. Onlardan rəhbərləri olduqları tanınmış rejissorun çəkdiyi filmlərin adını soruşanda susub üzümüzə baxdılar. Dedilər ki, o, heç dərsə gəlməyib. Bunların hamısı böyük problemlərdir. Biz bu problemlərin qarşısını almaq, həm də özümüzə kadr hazırlamaq üçün yeddi il bundan qabaq ANS Media Akademiyasını yaratdıq. Altı ay ərzində jurnalist kadrları hazırlayırıq və onları işlə təmin edirik. Ancaq pulumuz bizə lazımi avadanlıq, təchizat, studiyalar yaratmağa imkan vermir ki, Azərbaycan tamaşaçıları üçün gözəl verilişlər hazırlayaq. Digər tərəfdən, aparıcılar üçün aktyor sənəti, nitq mədəniyyəti, davranış qaydalarını tədris edəcək bir təhsil ocağı da tapa bilmirik. Biz cənab prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycan Media Akademiyasını yaratmağa hazırlaşırıq. Bu il akademiyanın binasını inşa etməyə hazırlaşırıq, gələn ildən isə peşəkar kadrların hazırlığına başlayacağıq. Azərbaycan Media Akademiyasında Almaniya, ABŞ, Rusiya, İran və Türkiyədən olan professorlar dərs deyəcəklər. Burda həmçinin, operatorlar, səs rejissorları, montajçılar da hazırlanacaq.

– ANS-in Media Akademiyasının məzunu olub sizin televiziyada çalışan jurnalistlərin səviyyəsindən necə, razısınızmı?

– Bu gün bizim bütün mövcud ehtiyacımızı onlar ödəyir. Təsəvvür edin, vaxtında o akademiyanı yaratmasaydıq, indi kiminlə işləyəcəkdik? Bizim akademiyanı bitirənlər istehsalata tam hazırlıqlı gəlirlər. Onlar kamera işini də, işıq və səs işini də, kompyuter və suflyor proqramlarını da bilirlər. Biz onları öz vəsaitimiz hesabına öyrədirik. Amma buna baxmayaraq onları məcburi qaydada burda saxlamırıq. Tək ANS-də yox, bütün yerli telekanallarda bizim tələbələrimiz çalışır. İrandan, Rusiyadan, ABŞ-dan, İngiltərədən müəllimlər gətiririk. Tələbələrə özümüz də dərs keçirik. Bu 7 il ərzində 250-300 nəfərə yaxın məzun hazırlamışıq. Biz onları qaynar nöqtələrdə görürük. ABŞ və Türkiyədəki müxbirlərimiz bizim kursları bitirib.

– Belə bir fikir demişdiniz ki, cəmiyyəti televiziya qanunları ilə dəyişdirmək olmaz. Yenə də bu fikrinizin üzərində qalırsınız?

– Sovet vaxtından belə bir fikir formalaşıb ki, televiziya təbliğat vasitəsidir. Biz indi demokratik ölkədə yaşayırıq. Buna imkan verməməliyik ki, televiziya təbliğat aləti olsun. Biz istəsək də, istəməsək də cəmiyyətimizdə artıq formalaşmış mentalitet var. Və bunu ancaq televiziya formalaşdırmır. Cəmiyyətdəki vəziyyəti, abı-havanı insanlar görürlər və götürürlər. Televiziya isə sadəcə olaraq, bir növ cəmiyyətin aynasıdır. Məşhur bir ifadəni dəyişsək, hər bir tamaşaçı öz televiziyasına və yaxud da əksinə, hər bir televiziya öz tamaşaçısına layiqdir.

– Ötən il martın 14-də Milli Televiziya və Radio Şurasında ANS-də yayımlanan “Adam içində” verilişində milli-mənəvi dəyərlərə zidd, əxlaq normalarına uyğun olmayan mövzuların müzakirəyə çıxarılması, bununla bağlı süjetlərin yayımlanması müzakirə edilib və  buna görə xəbərdarlıq elan edilib. Sizi süni reytinq qazanmaq cəhdində ittiham edirlər…

– Bu deyilən və qəbul edilən qərarların heç biri ilə razılaşmıram. Hansısa qanun varsa, onun açılışı olmalıdır. Bizdə milli-mənəvi dəyərlərin açılışı harada yazılıb? Nədir milli-mənəvi dəyərlər? Mən hansı sənədi oxuyub başa düşməliyəm ki, məhz milli-mənəvi dəyər nədir? İndi o şurada oturan 10 adam fikirləşir ki, milli-mənəvi dəyər budur və buna görə kimisə də cərimələyirlər. Allah onların canını sağ eləsin. Başqa bir qrup adam milli-mənəvi dəyərləri başqa cür, digər bir qrup tamam başqa cür qəbul edir. Bilirsiniz, bu bir az çətin məsələdir. Bunun üçün gərək “Milli-mənəvi dəyərlər nədir?” adlı ensiklopedik məlumat hazırlasınlar ki, bu da heç cür mümkün deyil. Palitra çox rəngarəngdir. Milli-mənəvi dəyərlər deyib bizi cərimə edirlər və biz də onları işgüzar nüfuzumuza xələl gətirdikləri üçün məhkəməyə verib uduruq. Yeri gəlmişkən, məhkəmə o xəbərdarlığı ləğv edib.

– Sizin təbirinizcə desək, informasiya müharibəsinin iştirakçısı olan ANS hazırkı durumda əvvəlki çevikliyini qoruyub saxlamağı bacara bilib?

– Əlbəttə… Kasıblığımıza baxmayaraq, Türkiyədə, İranda, ABŞ-da, Rusiyada, Gürcüstanda, ölkənin bütün regionlarında, Qarabağ bölgəsində müxbir məntəqələrimiz var. Lakin bu gün Qarabağda döyüşlər əvvəlki qaydada getmir. Genişmiqyaslı  hərbi əməliyyatlar aparılmır. Sadəcə olaraq, bu və ya digər  postda atışmalar olur ki, biz də çalışırıq ki, bunu birinci verək.

– “Qanlı yanvar” filminiz ictimaiyyətə təqdim olundu. Filmlə bağlı ilkin təəssüratınız necədir?

– Filmin ssenarisini mən yazmışam, özüm çəkmişəm, montaj etmişəm, çoxlu iş görmüşəm. Bu mənim üçün bir az fərqli bir şeydir. Tamaşaçı üçünsə tamam fərqli bir əsərdir. Burda əsas məqsədim gələcək nəsillərə, həm də bugünkü nəslə mesaj verməkdir ki, millətin baş verənlərdən xəbəri olsun. Bu filmi izləyən gənclər bilməlidirlər ki, bu gün onların yaşadıqları gözəl ölkə bizə nəyin bahasına başa gəlib. Bütün bunların hamısı elə-belə olmayıb. “Qanlı yanvar” filmində gözümün qabağında baş vermiş hadisələri çəkmişəm.

– Bir çox kino tənqidçiləri çəkdiyiniz seriallarda, filmlərdə sizi psevdopatriotizmdə ittiham edirlər…

– Vətənpərvərlik elə bir məfhumdur ki, o ya var, ya da yoxdur. Onun psevdosu olmur. Bəli, mən vətənpərvərəm. Fəxr edirəm ki, vətənpərvərəm. Mən öz filmlərimdə tanıdığım vətənpərvərləri göstərirəm. Əkrəm Əylisli də əsər yaradıb. Çox maraqlıdır, görəsən ona nə deyirlər? Mən həqiqətən başa düşmürəm ki, psevdopatriotizm nədir? Adam vətənini sevməlidir. Bundan sonra mənim yaradıcılığım belə olacaq. Məni ancaq öldürmək olar, başqa cür qabağımı ala bilməzlər (gülür).

– Filmdə türkiyəli aktrisa Nəbahət Çehrəyə rol ayırmağınız birmənalı qarşılanmayıb. Nəbahət Çehrəni filmə çəkməyi diqqət toplamaq üçün atılmış addım hesab etmək olar?

– Heç bir rejissor çəkilişə başlayanda öz filminin son nəticəsini bilmir. Ona görə də, belə ciddi məsələlərdə heç vaxt reklam hesablanmır. Biz bu filmə haradasa 700 min manat – 1 milyon manat həcmində pul xərcləmişik. Təxminən “Xoca”ya da o qədər pul xərcləmişdik. Yəni, biz xərclədiyimiz pulun yüzdə on faizini çıxartmırıq. Belə olan təqdirdə, biz öz məhsulumuzu necə reklama hesablaya bilərik? Sadəcə olaraq, Nəbahət Çehrə çox güclü aktrisadır və ana rolu üçün bir rejissor kimi onu seçdim. “Möhtəşəm Yüz il” serialında oynadığı ana rolu mənim çox xoşuma gəldi. Bizim də filmdə çox gözəl oynayıb. Demirəm ki, Azərbaycanda elə bir aktrisa yoxdur ki, onu oynaya bilsin. Bəlkə də var. Amma o aktrisanı mən tanımıram. Bu filmdə mən həm də özüm üçün bir çox sualların cavabını tapdım. Müstəqilliyin qiyməti nədir? Müstəqillik üçün nə qədər qan tökmək olar? İkinci, bir ana iki oğul böyüdür. Necə olur ki, bir oğul bir, o biri oğul başqa düşərgənin tərəfindədir?!. Və belə olan anda ananın, onun oğullarının məsuliyyəti nədir? Üçüncü, savaşan hər iki tərəfin özünün həqiqəti var. Filmdə hər iki tərəfin həqiqətləri göstərilir. Və sonuncu sual, bu artıq bəşəri sualdır. Silah olan yerdə hansı ədalətdən danışmaq olar? Bu suallara cavab tapmağa çalışmışam, tapmışam və göstərmişəm. Biz 25 ildir qurbanlara baş əyirik, amma bilmirik ki, şəhidlər kimdir, kim vuruşub, kim neçə adam öldürüb. Biz indi bunları göstəririk, insanlar çaşıb qalır. Bu film dövlət büdcəsindən bir qəpik də götürməyib, heç kimə bir pisliyi yoxdur. Əgər 5 nəfər yeniyetmə bu filmə baxıb vətənpərvər ruhda böyüyəcəksə, bunun nəyi pisdi ki?!

 

Mənbə : Lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti