Xəbərlər

12 illik tehsil sistemi ile bağlı regional forum keçirilib


25.05.2015 / 10:25 xeber –

 

 

Bu gün Asiya İnkişaf Bankı (AİB) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 12 illik Təhsil sistemini dəstəkləyən İnnovasiya Strategiyasi mövzusunda regional təhsil konfransı keçirilib. Lent.az-ın məlumatına görə, iki gün davam edəcək konfransda Mərkəzi və Qərbi Asiyadan olan təhsil üzrə beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanın 12 illik orta təhsil sisteminə keçidinə dair müzakirələr aparılacaq.

 

12 illik Təhsil Sistemini Dəstəkləyən İnnovasiya Strategiyası mövzusunda keçirilən konfrans zamanı biliklərə əsaslanan bazar iqtisadiyyatı üçün daha yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək məqsədilə ölkəmizin təhsil sistemi hərtərəfli təhlil olunub.

 

Konfrans regionda təhsil sistemlərinin yaxşılaşdırılması vasitəsilə insan resurslarının inkişaf etdirilməsi mövzusunda regional dialoqun aparılmasına təkan verəcək.

 

Konfransda iştirak edən Mərkəzi və Qərbi Asiya Departamentinin Dövlət İdarəçiliyi, Maliyyə və Ticarət sektorunun direktoru Betty Vilkinson 12 illik təhsil sistemi ilə bağlı müsbət fikirlərini bildirib.

 

Azərbaycan hökuməti yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və təhsili bütün əhaliyə əlçatan etməklə ölkənin təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasını planlaşdırır. Ölkənin 2020-ci ilə qədər Milli İnkişaf Strategiyasında 12 illik orta təhsilə keçid və şagirdlərin 16 yaşına qədər icbari təhsili müddəası yer alıb.

 

“Nəzərdə tutulan 12 illik təhsil sistemində 2 əsas məsələni qarışdırmaq olmaz. Məhsulun yaradılmasında təhlil və elm arasında əlaqə mövcuddur. Amma biz təhsil ilə sosial iqtisadi inkişafdan danışırıqsa, bunu izah etməyə ehtiyac var. İkinci element sistem tərkibində yeniliyin təmin olunmasıdır”. Bunu konfransda iştirak edən təhsil naziri Mikayıl Cabbarov öz çıxışında deyib.

 

Nazirin sözlərinə görə, Azərbaycanda bu yeniliklə bağlı artıq milli strategiya qəbul edilib: “2013-cü ildə  İlham Əliyev tərəfindən imzalanan dövlət strategiyası əsasında 12 illik təhsil sisteminə keçidlə bağlı  bu ilin yanvarından fəaliyyət planı – yol xəritəsi hazırlanıb. 12 illik təhsil sisteminə keçid ən vacib sütunlardan biridir. Buna sadəcə mexaniki bir dəyişiklik kimi baxılmamalıdır. Ciddi müzakirələr tələb edən mühüm məsələdir”.

 

Konfransda çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahasi forumun Azərbaycanla əlaqələrin inkişafında mühüm rol oynayacağını bildirib.

Mənbə : Lent.az

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu