Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
29/01/2018

AFFA-nin bas katibi: 'Lazim gelse, Ermenistanla oynayacagiq' – MUSAHİBE

AFFA-nın baş katibi: 'Lazım gəlsə, Ermənistanla oynayacağıq' - MÜSAHİBƏ


29 Yanvar, 2018  23:24 xeber – AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının Türkiyənin Antalya bölgəsində Moldova yığması ilə oyundan öncə brifinq keçirib.
Brifinq zamanı AFFA rəsmisi “Report”un əməkdaşının da suallarını cavablandırıb.
Millidə yeni dövr başlayır. Avropa çempionatına vəsiqə kimi tarixi şans qazanılıb. Siz nə gözləyirsiniz?
– Təbii ki, Millətlər Liqası bizə yeni qapı açır, şans yaradır. Ümidvaram ki, komandamız bu şansdan yararlana biləcək. Artıq püşk atılıb, rəqiblərimiz də bəllidir. Bəziləri ilə yaxın keçmişdə oynamışıq, tanış komandalardır. Artıq sabah ilk yoxlama oyunu keçirəcəyik. Əsas məqsəd futbolçuları yoxlamaqdır. Martda ikinci sınaq matçımız da olacaq. Mayın sonu və ya iyunun əvvəlində fürsətdən yararlanıb bir neçə oyun yenə keçirəcəyik.
Kosovo ilə oyun alınmadı. Onun əvəzinə vaxt az olsa da, başqa komanda variantı var idi?
– Püşkdən sonra baş məşqçi ilə məsləhətləşib oyunu keçirməməyi qərara aldıq. Yeni komanda tapmaq olardı, amma milli komanda olmadığı üçün razılaşmadıq. Öncədən də razılaşmışdıq ki, püşkdə eyni qrupa düşsək, bu oyunu ləğv edərik. Belə də oldu. Əslində Moldova ilə də düşə bilərdik. Amma düşmədik. Ona görə də bu oyun qaldı. Təbii ki, komanda tapmaq olardı. Amma bu, daha çox klub olacaq. Baş məşqçi ilə düşünərək, qərara aldıq ki, yığma komanda yoxdursa, oynamayaq.
Kosovo ilə oyuna gediş-gəliş baxımından hər hansı diplomatik maneə yoxdur?
– Kosovo idman qurumu olaraq Beynəlxalq Olimpiya Komitəsi, FİFA və UEFA üzvü olaraq, artıq Azərbaycana səfər edib. Onların komandası “Bakı 2015” I Avropa Oyunlarında, U-21 yığması isə seçmə mərhələ qarşılaşmasında iştirak edib. Bu addımı atmamışdan qabaq Xarici İşlər Nazirliyi ilə məsləhətləşərək, UEFA-ya bildirdik. Bizim səfərlə bağlı da problem olmayacaq. Oyundan öncə bir daha XİN-lə məsləhətləşəcəyik.
Bir neçə baş məşqçi ilə çalışmısınız. Yeni təyinat millidəki ab-havaya necə təsir edib?
– Bundan əvvəl iki əcnəbi baş məşqçi ilə işləmişdik. Bura gələnə qədər onları tanımırdıq. Xaricdə bir-iki dəfə görüşdük və onlar bura gəldikdən sonra yaxın əməkdaşlığa başladıq. Amma Qurban Qurbanovu 10 ildir yaxından tanıyıram. Əvvəllər ona futbolçu kimi azarkeşlik edirdik. O, məşqçilik fəaliyyətinə start verdiyi vaxt mən də AFFA-da çalışmağa başladım və bir-birimizi yaxından tanıdıq. Təbii ki, artıq bizə daha asandır. Bilirəm ki, sürprizlər olmayacaq. Əcnəbilərlə hər zaman sürpriz ola bilər. Qurban müəllimlə isə sürprizlər olmayacaq. Yeni baş məşqçimiz artıq sözünü deyib, peşəkarlığını təkcə Azərbaycanda deyil, bütövlükdə bölgədə sübuta yetirib. Ümidvaram ki, onunla yaxşı nəticə qazanacağıq. Əsas məsələ uzunmüddətli düşünməkdir və Qurban müəllimin sistemi U-15 yığmasından başlayaraq, bütün yaş qruplarına tətbiq olunacaq. Bu da müsbət haldır. Düşünürəm ki, milliyə gələcək futbolçu U-15 yığmasından başlayaraq, eyni sistemlə işləməli, fəaliyyət göstərməlidir. Biz bunu hazırkı təlim-məşq toplanışında gördük. U-21 komandası burada idi, U-19 sabah növbəti yoldaşlıq görüşünü keçirəcək.
Millətlər Liqasındakı qrupa baxarkən futbol ictimaiyyəti düşünür ki, bu qrupdan mütləq çıxmalıyıq. Baş katib olaraq siz nə düşünürsünüz?
– Məqsədimiz birinci yeri tutmaqdır. Düşünürəm ki, komanda bunu bacaracaq gücdədir.
“Neftçi”də mətbuatla ünsiyyətə qadağa qoyulub. Buna münasibətiniz necədir?
– Düzü, hər komandanın öz qaydaları var. Yəqin ki, onların baş məşqçisi də belə qayda müəyyənləşdirib. Məncə, bu qaydanı yalnız klub prezidenti ilə əlaqələndirmək düzgün deyil. Yaxşı olardı ki, bu sualı onların özlərinə verəsiniz. Lakin mən özüm də maraqlanaram.
Hər halda köklü klubu mediadan gizlətmək yaxşı hal deyil…
– Görsəm, soruşaram.
Dünya çempionatının seçmə mərhələsinə Azərbaycan millisi “Niyə də yox?!” şüarı ilə başlamışdı. Bu dəfə Millətlər Liqasında şüar nə olacaq?
– Hazırda bu barədə düşünürük. Marketinq Departamentinə tapşırıq vermişik ki, bir şüar fikirləşsinlər. Maraqlı şüar olsun. “Niyə də yox?!” şüarı ölkəmizdə çox populyar oldu. İnsanlar bundan tez-tez müxtəlif mövzularda yararlanmağa başladılar. Bu, sevindirici hal idi. Seçmə mərhələnin sonlarında komandanın nəticələrində bir qədər uğursuzluq oldu və bu şüar bir az komik forma aldı. Buna baxmayaraq, populyar idi. Bu da bizi sevindirdi. Əslində marketinq baxımından bizim üçün vacib idi ki, hansısa şüar populyarlaşsın. O da oldu. Sizin də fikriniz, ideyanız olsa, AFFA-ya deyə bilərsiniz.
Mütəxəssislər Kosovo millisinin Azərbaycandan daha güclü olduğunu bildirirlər. Farer adaları yığmasının isə son illər sürpriz nəticələrə imza atdığını vurğuladınız. Bəs biz niyə sürpriz nəticələrə imza ata bilməmişik, uzun illər ərzində nəyimiz çatışmayıb və bizdən niyə çəkinməyiblər?
– Əslində beynəlxalq mətbuatda bizim komandanı qrupda favorit kimi görürlər. Bu yaxınlarda Kosovo Futbol Federasiyasının prezidenti və Kosovo yığmasının baş məşqçisinin fikirlərini oxudum. Onlar bizi qrupda özlərinə əsas rəqib kimi gördüklərini bildiriblər. Məncə, indiyədək sürprizlərə imza atmışıq. Komandamız bəzi oyunlarda doğrudan da yaxşı nəticələr, inamlı oyun göstərib və qələbələr qazanıb. Bəzi çətin səfər oyunlarında isə 1 xal əldə olunub. Belə oyunlar bizə imkan verir ki, Millətlər Liqasının oyunlarına pozitiv yanaşaq.
Hazırda futbol akademiyalarının açılmalı və sistemin buna doğru getməli olduğu müzakirə edilməkdədir. Müxtəlif klublar – “Bakı”, “Qəbələ” və “Xəzər Lənkəran” belə akademiyalar açıblar və hazırda millidə onların yetirmələri çıxış etməkdədir. Bəs AFFA bölgələrdə bu praktikadan yararlanmaq niyyətindədirmi?
– 2008-ci ildə AFFA İcraiyyə Komitəsi lisenziyalaşdırma ilə bağlı qərar qəbul etmişdi. Həmin qərarla biz klublarda akademiyalarını yaratmağı məcburi qaydada tətbiq etmişdik. Dediyiniz klublar həmin akademiyaları bundan sonra açdılar. Binalar tikildi, meydançalar salındı. Təəssüf ki, biz o qərarları tez-tez unuduruq. Yaxın keçmişə nəzər salsanız, görərsiniz ki, 2008 – 2010-cu illərdə ən önəmli qərarlar qəbul olunub. Onlar təməli qoyan qərarlar idi. Hər klubun öz stadionunun, məşq meydanının, akademiyasının, müxtəlif yaş qrupları üzrə komandalarının olması, Premyer Liqada oynamaq istəyirsə, həmin yaş qruplarının AFFA-nın təşkil etdiyi liqalarda da mübarizə aparmalarının vacibliyi barədə qərarların hamısı artıq icra olunub. Bəzi klublar buna daha çox sərmayə buraxdı. “Bakı” və “Xəzər Lənkəran” çox böyük sərmayə qoydular. Nəticələr də oldu. Təəssüf ki, sonralar stabillik olmadı. Lakin “Qəbələ” akademiyası hazırda da fəaliyyətdədir və bu klubun təmsilçiləri milli komandalarda ildən-ilə çoxalmaqdadır. “Neftçi”nin bazasında 3 meydança salınıb. Binanın özü isə 2020-ci ilədək yekunlaşmalıdır. “Qarabağ” klubunun stadionu və məşq meydançası salınıb. Yəni, klublar bu istiqamətdə işlər görürlər. Təbii ki, bundan da yaxşı nəticələr ola bilərdi. Amma artıq bu akademiyalar mövcuddur. Bugünkü nəticələr 2008 – 2010-cu ildə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlarla bağlıdır. Legioner limitini götürək. 2008-ci ildə təhlil apardıqdan sonra qərara gəldik ki, limit olmasın. Sonradan isə planlı surətdə limitin tətbiqinə başlanıldı. Limit 6+5 olduqdan sonra “Neftçi”, “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı, bu mövsüm isə “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi. Yəqin ki, o qərar müsbət təsirini göstərdi.
“Neftçi”də hər şey yaxşı gedirdi. Amma birdən-birə AFFA prosesə müdaxilə etdi və klubda idarəetmə prosesi dəyişdi. O vaxtdan flaqmanı yığıb-yığışdırmaq, düzəltmək mümkün olmur. Sizcə, AFFA-nın müdaxiləsi yanlış, yoxsa düzgün qərar idi?
– Əvvəla, AFFA-nın müdaxiləsi olmayıb. “Neftçi” klubu ayrıca hüquqi şəxsdir. AFFA-nın orada nə de-fakto, nə də de-yure hüquqi payı var. “Neftçi” həqiqətən də çox böyük nəticələr qazanıb. Ən böyük nəticə Avroliqanın qrup mərhələsinə vəsiqə idi. Klub Azərbaycanı yaxşı da təmsil etdi. Ondan sonra “Neftçi”də islahatlar getdi. Tarixə nəzər salsaq, böyük klubların əksəriyyəti nəticə əldə etdikdən sonra bir neçə il problemlər yaşanır və sonradan yenidən bərpa olunrlar. Bəlkə də “Neftçi” o böyük klublardan biridir ki, apardığı islahatlara vaxt lazımdır. Başqa klublardan danışsaydınız, deyərdim ki, onlara AFFA-nın hüquqi baxımdan müdaxiləsi oldu, təsisçilərdən birinə çevrildi. Çünki biz həmin klubları maliyyələşdirməyə başladıq. “Neftçi”də isə belə bir proses yox idi və bu, birbaşa “Neftçi”nin öz qərarı idi. Gözləyək, görək bu dəyişikliklər “Neftçi”ni yenidən 2012-ci, 1966-cı illərin “Neftçi”sinə gətirəcəkmi? Ümid edirəm ki, belə bir gün olacaq. “Neftçi” böyük klubdur və tarixinə nəzər yetirsək, zaman-zaman belə halların baş verdiyini görərik.
Əvvəlki baş məşqçilərin AFFA-dan tələb və təklifi çox idi, yoxsa Qurban Qurbanovun?
– Böyük fərq yoxdur. Baş məşqçilər ilk gündən öz tələblərini səsləndirirlər. Biz də bunlara baxır, qəbul edirik. Onların istəklərinin 99 faizi qəbul edilib, heç bir problem olmayıb. Qurban müəllim də bir peşəkar kimi öz tələblərini və arzularını bizə bildirdi. Onunla mütəmadi görüşür, danışırıq. Qeyri-adi bir şey yoxdur. Bir azərbaycanlı kimi belə yüksək standartlarının olmasına çox sevinirəm.
Həmişə futbol ictimaiyyəti arasında belə bir söhbət gəzib ki, yerli məşqçilərə şərait yaradılmır. Əvəzində əcnəbi mütəxəssislərə şərait yaradılması narazılıq doğurub. Qurban Qurbanovun dövründə AFFA-nın büdcəsində azalma olmayacaq?
– Artıq 2018-ci ilin büdcəsinin müzakirəsinə başlamışıq və AFFA prezidenti Rövnəq Abdullayevə də təqdim etmişik. Heç bir dəyişiklik yoxdur. Rəqəmlər eynidir. Təlim-məşq toplanışına xaricdə başlamışıqsa, deməli, əvvəlki qayda da davam edəcəyik. Daha əvvəl Berti Foqts və Robert Prosineçki ilə işləmişəm. İndi isə baş məşqçi Qurban Qurbanovdur. Deməzdim ki, yerli məşqçiyə fərq qoyuruq. Aşağı yaş qrupları üzrə yığmalarımızda da əcnəbilər də, yerlilər də çalışıb. Heç birinə fərq qoymurduq. Şahin Diniyevin millidə baş məşqçi olduğu dövrlə indini müqayisə edə bilmərəm. Çünki baş katib kimi onunla cəmi bir ay işləmişəm. İndi isə heç bir fərqin qoyulmadığını əminliklə deyə bilərəm. Açığı, hər şey yerli məşqçinin özündən asılıdır. Yerli məşqçi tələbkardırsa, bir standart tətbiq etmək istəyirsə və öz standartına hörmətlə yanaşırsa, tələblərini irəli sürəcək. İşəgötürən isə ona mütləq əməl etməlidir. Çünki işəgötürən baş məşqçini nəticə verməsi üçün seçir. Nəticə istəyən şəxs tələbləri də icra etməlidir. Əslində bu, normal haldır.
Milli assosiasiyaların işi milli komandaların uğurları ilə ölçülür. Millətlər Liqasında yolumuz Ermənistanla kəsişə bilər. Azərbaycan və Ermənistan millilərinin qarşılaşmasını istərdiniz?
– Əslində bu, problemli oyundur. Püşkatma qaydalarına əsasən, bu mərhələdə Ermənistanla eyni qrupa düşə bilməzdik. Amma növbəti mərhələdə düşə bilərik. Orada ev-səfər məsələsi var. Artıq UEFA tərəfindən bizə şifahi formada bildirilib ki, növbəti mərhələdə görüşsək, UEFA İcraiyyə Komitəsinin bununla bağlı xüsusi qərarı olacaq. Yəni, oyun harada keçiriləcək, ümumiyyətlə, oyun olacaqmı və s. Təbii ki, bu, asan oyun deyil. Təşkilati baxımdan problemli qarşılaşmadır. Amma futbol futboldur da… Sonda FİFA və UEFA tövsiyəsinə, tələblərinə uyğun olaraq, oynamaq lazım gəlsə, biz oynayacağıq. Neytral meydan olsa, oyun bağlı qapılar arxasında keçirilməlidir. Təbii ki, bu da həm qarşı tərəf, həm də bizim üçün bir problemdir. Eyni qaydada canlı yayım və sponsor problemləri var. UEFA-nın sponsorları və tərəfdaşlarından oyuna baxmaq istəyən ola bilər. Biletlər əvvəlcədən göndərilir. Bir sözlə, təşkilati və texniki baxımdan bu, çətin qarşılaşma olacaq.
Bəs gücümüzü Ermənistanla oyunda yoxlamaq baxımından?
– Bu, meydanda görünəcək. Futbolda əvvəlcədən nəsə demək bir qədər çətindir. İlk növbədə, qrupumuzda birinci yeri tutaq, növbəti mərhələyə vəsiqə qazanaq, sonra isə baxarıq.

mənbə :
Report.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti