2018-03-03T19:11 xeber –
BAKI, 3 mart – Sputnik. Bu gün günorta saatlarında Şabran rayonunda gənc oğlanın meyidi tapılıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məluata görə, cəsəd rayonun Xəlfələr kəndi ərazisindəki meşə massivində aşkar edilib. Meyidin bir neçə gün əvvəl itkin düşmüş 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olması müəyyən olunub.
Hadisə ilə bağlı Şabran Rayon Prokurorluğunun nümayəndələri və polis əməkdaşları araşdırma aparırlar.
mənbə :
Sputnik