16.06.2015 / 15:41 xeber –
Avropa Oyunlarında 49 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən xanım taekvondoçumuz Patimat Abakarova yarımfinala yüksəlib. Lent.az-ın məlumatına görə, o, 1/4 final mərhələsində yunanıstanlı İonna Koutsouya 4-2 hesabı ilə qalib gələrək, adını yarımfinala yazdırıb.
58 kq çəki dərəcəsində millimizi təmsil edən Məhəmməd Məmmədov isə mübarizəni dayandırıb. O, 1/4 final mərhələsində ispaniyalı Cabrera Tortosaya 3-8 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
*********
11:01
Bu gün Avropa Oyunlarında iştirak edən taekvondoçularımız 2 çəki dərəcəsi üzrə mübarizəyə başlayıb. Lent.az-ın məlumatına görə, kişilərin 58 kq çəki dərəcəsində millimizi Məhəmməd Məmmədov təmsil edir. O, ilk görüşündə İsrail idmançısı Gili Haimovitslə qarşılaşıb. Görüş 7-4 hesabı ilə M.Məmmədovun xeyrinə başa çatıb.
O, növbəti mərhələdə ispaniyalı Cabrera Tortosayla qarşışacaq.
Qadınların 49 kq çəki dərəcəsində Azərbaycanı Patimat Abakarova təmsil edir. O, ilk görüşdə rusiyalı Aleksandrayla gücünü sınayıb. Qarşılaşma 7-1 hesabı ilə həmvətənimizin qələbəsi ilə başa çatıb. P. Abakarova 1/4 final mərhələsində Yunanıstan idmançısı İonna Koutsou ilə üz-üzə gələcək.
Mənbə : Lent.az