17.06.2015 / 13:00 xeber –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qıtlə yetirməkdə təqsirləndirilən Tofiq Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası iyunun 24-nə təyin edilib.
Qeyd edək ki, Xəzər rayonu Şüvəlan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədirov bacısı 1989-cü il təvəllüdlü Ramiləni aralarında baş vermiş mübahisə zəminində dəsmalla boğaraq qətlə yetirib.
Mənbə : Lent.az