25.11.2008 / 15:36 xeber –
Gədəbəy rayonunda 4 kəndəin qazla təmin olunması üçün işə başlanıb. Hazırda kəndlərə 32 km-lik qaz boru xətlərinin çəkilişi davam edir.
Gədəbəy rayon Qaz İstismar İdarəsinin baş mühəndisi Firdovsi Hüseynovun Lent.az-a verdiyi məlumata görə, Ataxan, Qaraməmmədli, Novosaratovka və Böyük Qaramurad kəndləri mavi yanacaqla təmin olunacaq.
Sentyabr ayından bəri 6 km-dən artıq qaz boru xətti çəkilib. Digər hissənin çəkilişi isə davam edir. Kəndlər mavi yanacaqla gələn ilin 2-cü rübünədək tam təmin edələcək.
Görülən işlərçün 3 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, 670-ə yaxın abonentin olduğu Ağamalı və Nərimankənd kəndələrində qaz xətləri yenilənir.
Vüsalə Cənnətova
Mənbə : Lent.az