19.06.2015 / 17:22 xeber –
Taekvondo üzrə kişilərin 80 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən dünya çempionumuz Radik İsayev finala yüksəlib.
Lent.az-ın məlumatına görə, o, yarımfinal qarşılaşmasında sloveniyalı Konrad Trakoviçlə üz-üzə gəlib. Radik qarşılaşmada 17-2 hesabı ilə vaxtından əvvəl qələbə qazanıb.
Qeyd edək ki, ilkin mərhələdən azad olan həmyerlimiz 1/4 final mərhələsində hollandiyalı Jeron Vanruijini 8-6 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanmışdı.
Mənbə : Lent.az