21.06.2015 / 21:13 xeber –
Beyləqan rayonunda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun təmas xətti boyunca 10 ha biçilməmiş taxıl sahəsi və 30 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahəsi yanğından mühafizə olunub. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə : Lent.az