22.06.2015 / 10:29 xeber –
Bu gün samboçuların mübarizəsinə start verilir. Lent.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən İslam Qasımov 1/4 final mərhələsində mübarizəyə başlayır. O, bu mərhələdə ruminiyalı Orlando Qruia ilə üz-üzə gələcək.
74 kq çəki dərəcəsində millimizi təmsil edən Amil Qasımov da i1/4 finalda mübarizəyə qoşulacaq. O, bu mərhələdə sloveniyalı Tadey Cutuk – gürcüstanlı Kaxa Mamulaşvili qarşılaşmasının qalibi ilə gücünü sınayacaq.
90 kq çəki dərəcəsində Kənan Qasımov mübarizəyə 1/4 finaldan başlayacaq. O, ilk döyüşünü ukraynalı İvan Vasilçuku qarşı keçirəcək.
+100 kq çəki dərəcəsində ölkəmizi Vasif Səfərbəyov təmsil edir. O, da yarışa 1/4 finaldan başlayacaq. V. Səfərbəyov bu mərhələdə makedoniyalı Bayro Maşoviçlə qarşılaşacaq.
Qadınların yarışında 52 kq çəki dərəcəsində Azərbaycanı Nəzakət Xəlilova təmsil edəcək. O, ilk mübarizəyə 1/4 finaldan başlayacaq. Nəzakət Xəlilova ilk görüşündə ruminiyalı Sodriana İonesku sınağa çəkəcək..
60 kq çəki dərəcəsində Şəhanə Hüseynova 1/4 final mərhələsindən mübarizəyə qoşulacaq.. O, rusiyalı Yana Kostenko – gürcüstanlı Şorena Şaradze qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
64 kq çəki dərəsində Fəridə Qurbanova 1/4 final mərhələsində Yekaterina Sretu ilə qarşılaşacaq.
68 kq çəki dərəcəsində Nərminə Əlizadə 1/4 final mərhələsində belaruslu Olqa Namazova üz-üzə gələcək.
Mənbə : Lent.az