22.06.2015 / 11:27 xeber –
57 kq çəki dərəcəsində sambo yarışlarında Azərbaycanı təmsil edən İslam Qasımov finala vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, o, mübariyə 1/4 final mərhələsindən başlayıb. Samboçumuz ilk mərhələdə ruminiyalı Orlando Qruia 4-0 hesabı ilə qalib gəlib. İslam Qasımov yarımfinalda gürcüstanlı Vakhtangi Chidraşvili ilə üz –üzə gəlib. Qarşılaşma 3-1 hesabı ilə idmançımızın xeyrinə başa çatıb. Final qarşılaşmasında Qadımov rusiyalı Aymergen Atkunovla gücünü sınayacaq
Mənbə : Lent.az