22.06.2015 / 12:04 xeber –
Millət vəkili Qənirə Paşayeva Maştağada yerləşən uşaq evində olub.
Lent.az-ın məlumatına görə, Q. Paşayeva Ramazan ayında uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və bir insanın inkişafı, gələcəyində onun təhsilli, bir peşə sahibi olması çox böyük önəm daşıdığını bildirib.
O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual ,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. Q.Paşayeva uşaq evindəki gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Uşaqlarla ayrıca görüşən Q.Paşayeva onlara özünün imzalı kitablarını və müxtəlif maraqlı jurnalları hədiyyə edib.
Mənbə : Lent.az