03.02.2015 / 03:51 xeber –
Nigeriyanın şimal-şərqində, Yobe ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində 16 nəfər ölüb, 35 nəfər xəsarət alıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza hərəkətdə olan avtobusun təkərinin partlaması və sürücünün idarəetməni itirməsi səbəbindən baş verib .
Qeyd olunur ki, yük maşını “Boko Haram” terror qruplaşmasının hücumları nəticəsində zərərçəkənlərə humanitar yardım aparırmış.
Mənbə : Lent.az