22.06.2015 / 17:56 xeber –
Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri Bakıda “Hər ay bir gün” adlı növbəti aksiyasını keçirib. Lent.az-ın məlumatına görə, birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə milli-mənəvi dəyərləri təbliğ etmək, vətənpərvərlik hisslərini ölkə gəncləri arasında yüksəltməkdir: “Müqəddəs Ramazan ayında bu aksiyanın təşkili ölkə gənclərinə milli və mənəvi dəyərlərimizə sahib olma yolunda vətənpərvərlik çağırışıdır”. S.Əzimbəylinin sözlərinə görə, Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarını mübarək Ramazan ayında anmaq özü də bir ibadətdir.
Qeyd edək ki, gənclər Bakıda fərqli yerlərdə müqəddəs şəhidlərimizin anım lövhələrinin üzərində və ətrafında təmizlik işlərini həyata keçiriblər.
Mənbə : Lent.az