16:10 xeber – Birləşmiş Millətlər Təşkilatı Fələstin ilə İsrail arasındakı 2014-cü il hərbi münaqişəsinə dair uzun müddətdən bəri gözlənilən qərarı qəbul edib.
ANS TV-nin məlumatına görə, İnsan Haqları Şurasının qərarına əsasən, qəza zolağında baş vermiş hərbi qarşıdurmalarda, eyni zamanda hər iki tərəf təqsirli bilinib. Müstəntiqlər münaqişə zamanı hər iki tərəfin ciddi zorakılıqlara yol verdiyini, buna dair açıq dəlillərin olduğunu qeyd ediblər.
İsrailin baş naziri Benyamin Netanyahu İnsan Haqları Şurasının qərarına qarşı sərt şəkildə reaksiya verib:
“İsrail Hərbi Qüvvələrinin özünü müdafiə tədbirləri beynəlxalq qanunlara tam uyğun şəkildə icra olunub. Komitənin qəbul etdiyi qərar qərəzli və qüsurludur. Biz münaqişə ilə əlaqədar ədalətli mövqe tutan müşahidəçiləri bu qərarı əsassız hesab etməyə çağırırıq”.
Bu gün davam edən hərbi əməliyyatlar nəticəsində Fələstin tərəfdən 1462-si mülki vətəndaş olmaqla 2251 nəfər, İsrail tərəfdən isə, 6-si mülki vətəndaş olmaqla 73 nəfər öldürülüb.
mənbə :
anspress