21:03 xeber – “Tanklar, artilleriya, və hərbi birləşmə Baltikyanı və Şərqi Avropa ölkələrinə göndəriləcək”.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter açıqlama veerib. Nazir NATO silahlı qüvvələrinin Rusiya sərhədləri yaxınlığında yerləşdiriləcəyini təsdiqləyib.
Karterin sözlərinə görə, hərbi birləşmə və texnikanın Estoniya, Litva, Latviya, Bolqarıstan, Rumıniya, Polşa və Almaniyanın bir hissəsində yerləşdirilməsi razılıq əldə olunub.
“Baltikyanı və Şərqi Avropa ölkələrinə yerləşdiriləcək tank və “Bredli” PDM-lərin sayı 250-dir”, – deyə Karter bildirib.
Rəsmilər bu avadanlıqların böyük hissəsinin artıq Avropada olduğunu deyirlər.
mənbə :
anspress