22:53 xeber – İrəvanda nümayişçilər etiraz aksiyasını oturaraq keçirməyə başlayıblar.
ANS PRESS-in məlumatına görə, aksiya iştirakçıları elektrik enerjisinin qioymətlərinin artmasına etiraz edərək prezidentin iqamətgahına yürüş edərək Sarkisyandan tariflərin artırılması barədə qərarın ləğv edilməsini tələb etməyi planlaşdırıblar.
Prezidentin iqamətgahına yürüş zamanı polis qüvvələri onların qarşısını kəsdiyindən etirazçılar yerə oturub. Polis səddinin yanında şəhər polis rəisinin müavini Valeri Osipyanla etiraz edənlərin danışıqları aparılır.
Xatırladaq ki, ötən gün etirazlar zamanı polis və etirazçılar arasında qarşıdurma baş verib, 250-dən çox nümayişçi saxlanılıb.
mənbə :
anspress