00:59 xeber – Rusiya prezidenti Vladimir Putinin xarici həmkarları ilə telefon danışıqlarının hansı prosesdə getdiyi açıqlanıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
“Bir qayda olaraq tərcüməçi Xarici İşlər Nazirliyində oturur. Prezident telefonla rusca danışır. Onun həmsöhbəti prezidentin rus dilində danışığını eşidir. Prezidentin rus nitqinin ardınca tərcümə gedir”, – deyə Peskov bildirib.
Peskov əlavə edib ki, həmsöhbətin sözlərinin tərcüməsi analoji qaydada olur.
mənbə :
anspress