16:50 xeber – Azərbaycan Təhsil Nazirliyi 2015-2016-ci tədris ilində orta məktəb şagirdləri üçün nəzərdə tutulan tətillərin müddətlərini açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, yeni tədris ilində ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.
Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr – 26 yanvar, ikinci yarımil 1 fevral – 14 iyun tarixlərini əhatə edir.
Dərs ili ərzində payız və qiş tətilləri olacaq. Payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar) olacaq. İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.
mənbə :
anspress