19:00 xeber – Türkiyənin Beyoğlu bölgəsində Suriyalı əsilli 21 yaşlı qadın zorlanıb. ANS PRESS-in məlumatına görə, qadının şikayəti əsasında polis araşdırmalara başlayıb.
Araşdırmalar zamanı məlum olub ki, qadın 48 yaşlı Ömer K. adlı şəxs tərəfindən təcavüzə məruz qalıb. Kişi qadına polis olduğunu deyib və onu aldadıb.
Şikayət əsasında saxlanılan Ömer K. ittihamları qəbul etməyib. O, qadınla öz xoşu ilə yaxınlıq etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
mənbə :
anspress