20:37 xeber – Bakı-2015 I Avropa Oyunlarında boks yarışları həlledici mərhələyə qədəm qoyub.
ANS PRESS-in məlumatına görə, bu gün daha 8 çəki dərəcəsində (5 kişi, 3 qadın) görüşlər olacaq ki, onlardan 3-də 1/4 final, 5-də yarımfinallar qarşılaşmaları baş tutacaq.
Bu çəki dərəcələrində Azərbaycan yığmasının 4 boksçusu rinqə çıxacaq. 56 kq çəki dərcəsində Tayfur Əliyev və Teymur Məmmədov (81) 1/2 finalda görüşüb. Xaybuya Musalovla (75) Yana Alekseyevna (60) isə 1/4 final görüşünü keçirəcək.
81 kq çəki dərcəsində yarımfinala qədər irəliləyən Teymur Məmmədov yarışda 4-cü görüşünə çıxıb. İndiyə qədər 3 rəqibinə heç bir şans verməyən Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi yarımfinalda rusiyalı Pavel Silyaginilə qaşılaşıb.
Maraqlı və gərgin idman mübarizəsində keçən görüş Teymur Məmmədovun 3:0 qələbəsi ilə başa çatıb.
mənbə :
anspress