01:22 xeber – Yaşadığı ölkədən və təriqətindən asılı olmayaraq Ramazan bayramı bütün dünya müsəlmanları üçün ən müqəddəs bayramdır. Gürcüstanda müsəlmanlar üçün iftar süfrəsi təşkil olunub.
ANS TV-nin Tiflis bürosunun məlumatına görə, Gürcüstan Müsəlmanları Idarəsinin Rustavi şəhərində açdığı iftar süfrəsi Quran ayələrinin oxunması ilə başlayıb. İftar süfrəsinə Gürcüstanın müxtəlif yerlərində yaşayan müsəlmanlar və dini rəhbərlər qatılıb.
Mərasimdə Gürcüstan hökumətinin rəsmi şəxsləri, diplomatik korpusun nümayəndələri iştirak edib. Qonaqlar Ramazan ayı münasibətilə müsəlmanları təbrik edərək onlara sülh və əmin-amanlıq arzulayıblar.
“Bir neçə gün öncə bizim paytaxtda bədbəxt hadisə baş verdi, insan ölümü ilə nəticələnən daşqın meydana gəldi. O zaman mənə ilk zəng Marneulidən, müsəlmanlardan gəldi. Və onlar hər cür kömək üçün yanımızda olduqlarını bildirdilər. Əgər biz sağlam, xoşbəxt, mehriban olmaq istəyiriksə pis günlərimizdə də, belə bayram günlərində də birlikdə olmalıyıq. Bunu bacarsaq hər şey gözəl olar”, – deyə qaçqınlar və yerləşdirmə üzrə nazir Sozar Subari bildirib.
Əhalisinin faizi müsəlman olan Gürcüstanda Ramazan ayı boyunca bu cür mərasimlər təşkil edilir.
mənbə :
anspress